Bu inanılmazdır! - Argentinalı futbol ulduzu azərbaycanlı məşhura mesaj yazdı - FOTOLAR

1-12-2022, 23:21
918

BUGUNBİLDİM.COM 


Aparıcı-müğənni Murad Arif onun üçün inanılmaz olan bir olayla qarşılaşıb.

Azərbaycanlı məşhur instaqramda argentinalı veteran futbol ulduzu Klaudio Kanniqaya yazdığı məktubuna cavab alıb.

Dünya futbolunun əfsanəsi Maradona ilə eyni dövrün ən parlaq oyunçularından hesab edilən Klaudio Muradın ona olan sevgisini, hörmətini, pərəstişkarlıq duyğusunu cavabsız qoymayaraq, bu diqqətə görə azərbaycanlı məşhura təşəkkür edib.

Aparıcı argentinalı futbol əfsanəsi ilə mesajlaşmasını paylaşaraq yazıb:


"Bu yəqin ki, yuxudur! Uşaqlıq qəhrəmanım, əfsanəvi Klaudio Kanniqa mesajımı gördü və cavab verdi...

Maradona ilə bərabər vurduqları qolları yenidən xatırladım. İndi sanki, yenidən 10 yaşım var. Xoşbəxtəm!".



//milli.az