UEFA-dan "Qarabağ"a 504 min avroluq bonus

23-11-2022, 23:20
147

BUGUNBİLDİM.COM


"Qarabağ" UEFA-dan növbəti vəsait alıb.

Nəzər Media.az apasport.az-a istinadən bildirir ki, Azərbaycan çempionu 504 min avro maliyyə vəsaiti əldə edib.

Bu, Avropa Liqasının qrup mərhələsində heç-heçə başa çatmış oyunların nəticəsinə görə, bundan əlavə, turnirdə iştirakla əlaqədar bonus olaraq UEFA tərəfindən verilib. Vəsait AFFA-nın vasitəçiliyi ilə "Qarabağ"ın hesabına köçürülüb.

Qeyd edək ki, "Qarabağ" qrup mərhələsində 3-cü yeri tutaraq Konfrans Liqasının pley-offuna vəsiqə qazanıb.