DÇ-2022: Klubsuz yeganə futbolçu

23-11-2022, 23:17
92

BUGUNBİLDİM.COM


Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu Qətərdə keçirilən dünya çempionatı iştirakçıları arasında klubu olmayan yeganə futbolçudur.

Nəzər Media.az apasport.az-a istinadən bildirir ki, buna səbəb 37 yaşlı superulduzun "Mançester Yunayted"dən ayrılmasıdır.

Turnirə "qırmızı şeytanlar"ın üzvü kimi yollanan forvardın müqaviləsinə dünən xitam verilib və o, hazırda azad agent statusu daşıyır. Hazırda bir neçə klubla danışıq aparan Ronaldunun menecerinin "Çelsi" ilə anlaşmaq ehtimalı daha yüksək qiymətləndirilir. 

Qeyd edək ki, Kriştianu Ronaldunun liderlik etdiyi Portuqaliya yığması DÇ-2022-də Uruqvay, Qana və Cənubi Koreya ilə eyni qrupda yer alıb.