Azərbaycan güləşçisi İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb

10-08-2022, 22:01
1 897

BUGUNBİLDİM.COM



Konyada keçirilən V İslam Həmrəyliyi Oyunlarında 57 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan güləşçisi Əliabbas Rzazadə bürünc medal qazanıb.

Nəzər Media.az Trend-ə istinadən bildirir ki, sərbəst güləşçimiz Tacikistin idmançısı Hikmotullo Vohidova 8:7 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, Avqustun 18-dək davam edəcək V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə mübarizə aparır.