Milli komandada yeni baş məşqçi

24-02-2022, 15:35
119

BUGUNBİLDİM.COM



Kosovo millisinin yeni baş məşqçisi bəlli olub.

Nəzər Media.az qol.az-a istinadən xəbər verir ki, komandanı Fransa yığmasının sabiq futbolçusu Alen Jiress çalışdıracaq.

Bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb. 70 yaşlı mütəxəssislə 2023-cü ilin noyabrınadək müqavilə imzalanıb. Təcrübəli baş məşqçi bu vəzifədə Bernar Şallandı əvəzləyib.

1984-cü ildə Fransa seçməsinin heyətində Avropa çempionu olmuş Alan Jiress Gürcüstan, Qabon, Mali, Seneqal və Tunis yığmalarına da başçılıq edib.