43 yaşlı kişi özünü bıçaqladı

22-01-2016, 13:16
350

43 yaşlı kişi özünü bıçaqladıPaytaxtın Pirallahı rayonunda müəmmalı bıçaqlanma hadisəsi baş verib. Kişi çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Pirallahı Rayon Polis İdarəsindən  verilən məlumata görə, hadisə rayonun 28-ci məhəllə, ev 14 ünvanında qeydə alınıb. 1973-cü il təvəllüdlü Vüqar Yusifov bədəninin çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Qarın nahiyəsində bıçaq xəsarətləri olan yaralının üzərində dərhal cərrahiyyə əməliyyatı aparılıb.

Əməliyyat edildiyi və vəziyyəti ağır olduğu üçün Vüqar Yusifovun hələlik polis əməkdaşları tərəfindən dindirilməsi mümkün olmayıb.

İdarədən onu da bildirdilər ki, ilkin ehtimala görə 43 yaşlı kişi özünü bıçaqlayıb. Ancaq hadisənin dəqiq səbəblərini V. Yusifovun dindirilməsindən sonra müəyyən etmək mümkün olacaq.

Faktla bağlı Xəzər rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Bir müddət əvvəl Ağstafada da bənzər hadisə qeydə alınıb. 26 yaşlı oğlan özünü bıçaqlayıb.
Rayonun Poylu kənd sakini, 1989-cu il təvəllüdlü Xəqani Firdovsi oğlu İsgəndərov ailə üzvləri ilə arasında yaranan mübahisə zamanı əsəbiləşib və özü-özünə bıçaq zərbəsi endirib.

Xəsarət alan gənc ailə üzvlərinin köməyi ilə dərhal Ağstafa Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ona qarının daxilə keçən bıçaq yarası diaqnozu qoyulub.

   //ANS Press