Sabunçuda qazanxana yanıb

23-09-2020, 21:47
106


Bakı şəhərinin Sabunçu rayonunda ikimərtəbəli binanın 1-ci mərtəbəsində ümumi sahəsi 10 kv.m olan qazanxananın yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

//milli.az