Gəncədə 2 nəfər dəm qazından zəhərlənib

5-11-2019, 21:31
177


Gəncədə 2 nəfər dəm qazından zəhərlənmə əlaməti ilə xəstəxanaya yerləşdirilib.

Nəzər Media.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb.

Şəhər sakinləri, 1988-ci il təvəllüdlü Sərxan Cəfərov və 1990-cı il təvəllüdlü Jalə Abdullayeva yaşadıqları evdə dəm qazından zəhərləniblər. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.

Onlara lazımi tibbi yardım göstərilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir.