Bakı-Sumqayıt yolunda "QAZel" və "Mitshubishi" toqquşub

12-04-2019, 14:52
315



Bakı-Sumqayıt yolunda yol nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı-Quba yolunun 35-ci km-də baş verib.

Bakı istiqamətində hərəkətdə olan 10-JP-968 dövlət nömrə nişanlı "QAZel" markalı yük avtomobili Sumqayıt şəhərindən çıxan 90-XE-714 dövlət nömrə nişanlı "Mitshubishi Pajero io" markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində "Mitshubishi Pajero io" markalı avtomobil çevrilərək yolu bağlayıb.

Hadisə nəticəsində ciddi xəsarət alan olmasa da avtomobillərə ziyan dəyib.

Hadisə yerinə dövlət yol polisi əməkdaşları cəlb olunub, yolda avtomobillərin hərəkətini tənzimləməyə çalışırlar.

Faktla bağlı araşdırma aparılır.

//milli.az