Maşına oturmaq istəyən əmioğlular xəstəxanalıq oldu

7-11-2015, 15:18
331

Maşına oturmaq istəyən əmioğlular xəstəxanalıq olduGəncədə iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb.

Gəncə Şəhər Baş Polis İdarəsindən  verilən məlumata görə, Daşkəsən rayonunun bayan kənd sakini, 1986-cı il təvəllüdlü Anar Rəhim oğlu Bağırov və onun əmisi oğlu - Gəncə Şəhəri Səməd Vurğun küçəsi 17a ünvanında yaşayan Elvin vahid oğlu Bağırov "VAZ 21012” markalı avtomobillərinə əyləşmək istəyərkən naməlum maşın onların nəqliyyat vasitəsinə çırpılıb.

Qəza nəticəsində hər iki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib.

Xəstəxanadan verilən məlumata görə, əmioğlular hər ikisi təpə və bədəninin müxtəlif hissələrinin əziyi və sıyrılmış yarası ilə xəstəxananın travmatologiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyətləri orta ağırdır.

Faktla bağlı Gəncə Şəhər baş Polis İdarəsində araşdırma aparılır.

Gəncə şəhərində sonuncu yol-nəqliyyat hadisəsi 3 gün əvvəl baş verib. Maşın yolu keçmək istəyən istəyən qadını vurub. Hadisə şəhərin Nizami prospektində qeydə alınıb. Şəhər sakini, 1976-ci il təvəllüdlü Pərvanə Abbas qızı Şirinova yolu keçmək istəyərkən naməlim avtomobil tərəfindən vurulub. Yaralı dərhal ətrafdakı insanların köməyi ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

   //ANS Press