Bakı metrosunda gənc oğlan özünü qatarın altına atdı

24-05-2018, 16:56
292

Bakı metrosunda insident baş verib.


Bu barədə məlumatı "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev verib. O bildirib ki, bu gün səhər saat 09:25-də gənc oğlan özünü "Həzi-Aslanov-İçərişəhər" istiqamətində hərəkət edən qatarın yoluna atıb.

Qurum rəsmisi qeyd edib ki, maşinistə qabaqcadan məlumat verilib və o, qatarı saxlayıb:

"Qatar yolundakı gərginlik dayandırılıb və oğlan oradan çıxarılıb. Hazırda qatarların hərəkəti normal qaydada davam edir" -deyə N.Paşayev vurğulayıb.

//azvision.az