Azərbaycanda iş adamı atasının qəbri üstündə özünü güllələdi

30-10-2015, 22:56
493

Azərbaycanda iş adamı atasının qəbri üstündə özünü güllələdiAğdaş rayon sakini özünü atasının qəbri üstündə güllələyib.

Güvəkənd kənd sakinlərinin  verdiyi məlumata görə, kənd sakini, 1965-ci il təvəllüdü Mirələm Davud oğlu İsmayılov kənd qəbiristanlığına atasının qəbrini ziyarətə gedib. O, atasının qəbrinin ziyarət etdikdən sonra övladlarına, qardaşına və kəndin mollasına zəng vuraraq onların qəbristanlığa gəlməsini istəyib. Ailə üzvləri qəbristanlığa gələnə kimi Mirələm İsmayılov özünə ov tüfəngindən atəş açıb. 50 yaşlı kişi hadisə yerindəcə dünyasını dəyişib.

İlkin ehtimala görə, hadisəyə səbəb mərhumun son vaxtlar ağır xəstəlikdən əziyyət çəkməsi, xəstəliyinin daha da şiddətlənməsi olub.

Dünyasını dəyişən kişinin iki oğlu var və o, əvvəllər sakinlərdən biyan kökü alaraq onu müxtəlif yerlərə satmaqla məşğul olub.

Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində iş aparır.

Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Avqust ayında da Ağdaşda intihar baş verib. Rayon sakini özünə ov tüfəngindən atəş açaraq dünyasını dəyişib.Yenicə kənd sakini 1980-cı il təvəllüdlü Ceyhun Qurban oğlu Mirzəquliyev yaşadığı evin həyətində şəxsi ov tüfəngindən atəş açaraq özünə qəsd edib.

Aparılan araşdırmalar zamanı C. Mirzəquliyevin içki düşkünü olduğu, hadisə baş verən zaman da sərxoş olduğu və özünü anasının gözünün önündə güllələdiyi məlum olmuşdu.

  //ANS Press