Binanın damına çıxıb özünü atmaq istədi – XIRDALANDA

22-01-2018, 12:19
187


Şəmkir rayon sakini intihara cəhd edib. NəzərMedia.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, yanvarın 20-də Şəmkir rayon sakini Tamerlan Ələsgərli yaşadığı kənddə ona məxsus torpaq sahəsinin zəbt olunmasına etiraz əlaməti olaraq özünü Xırdalan şəhərindəki 9 mərtəbəli binalardan birinin damından atmağa cəhd göstərib. Cəhdin qarşısı Abşeron RPİ və Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən alınıb.