Goranboyda minik avtomobili yük maşınına çırpıldı: yaralılar var

21-01-2018, 18:09
180


Goranboy rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Hadisə rayonun Borsunlu kənd yolunda qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı minik maşını yük avtomobilinə çırpılıb. Nəticədə bir neçə nəfərin xəsarət aldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

//Report