Gəncədə maşını arxaya verən ata azyaşlı oğlunu vurub öldürdü

21-01-2018, 18:06
213


Gəncə şəhərində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Şahsevənlər küçəsində maşınını arxaya verən ata bilmədən təqribən 5-7 yaşlı oğlunu vuraraq ona ağır xəsarət yetirib.

Uşaq xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

//Report