Bakı sakini dəm qazından zəhərlənib

25-12-2017, 11:50
228


Paytaxt sakini dəm qazından zəhərlənib.

Hadisə Sabunçu rayonunun Zabrat qəsəbəsində qeydə alınıb.

1996-cı il təvəllüdlü Əli İsmayılov yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.

Ə.İsmayılov 3 saylı Şəhər Klinik xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Vəziyyətinin orta-ağır olduğu bildirilir.

//APA