Amerikada yaşayan azərbaycanlı jurnalist qəzaya düşdü - FOTOLAR

31-07-2017, 11:08
562


Amerikada yaşayan azərbaycanlı aparıcı Aynur Talıbova qəzaya düşüb.

Bu haqda A.Talıbovanın özü sosial şəbəkədə bildirib. O, hadisənin forolarını da paylaşaraq, yazıb:

“Mərdimazarı axtarmaqla deyil. Bir şəkildə gəlib özü tapır adamı. Şəkildəki kimi. Saatda 30 mile sürətlə hərəkət edərkən arxadan 120 sürətlə "uçan" nəşəli bir qarabala bu paylaşımı görən eşidən nə qədər sayda "qələm sahibini" xoşbəxt elədiyinin fərqində deyil... Buyurun, sevinin, əcəb oldu deyin.

Buralarda bənzər hadisələrdən sonra yaşanan prosesləri izləmək maraqlıdır. Bölüşəcəyəm”.

 
Qeyd edək ki, Aynur Talıbovanın paylaşımda atmacalara yer verməsi təsadüfi deyil. Son günlər o, vaxtilə ANS-də birgə çalışdığı keçmiş həmkarlar ilə Fecbook-da mübahisələr edir...


   //Modern.az