Bakıda ticarət mərkəzində gənc oğlan bıçaqlanıb

28-07-2017, 17:22
162


"Meyvəli" ticarət mərkəzində gənc oğlan bıçaqlanıb.

Hadisə Qaradağ rayonunda qeydə alınıb.

Lökbatan qəsəbəsində Meyvəli Ticarət Mərkəzində 2001-ci il təvəllüdlü Nəcəfzadə Vaqif Akif oğlu mübahisə zamanı bıçaqlanıb. O, xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirir.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.

   //Report