Bakıda 7 mağaza yanıb

28-07-2017, 12:19
226


Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 140 m2 olan birmərtəbəli müxtəlif təyinatlı hər birinin sahəsi 20 m2 olan mağazaların yanar konstruksiyaları və içərisində olan mallar 60 m2 sahədə yanıb, yüksək temperaturdan digər 2 mağazanın tavanı 40 m2 sahədə əriyib.

Fövqəladə Hallar Nazirliyindən  verilən məlumata görə, mağazaların qalan hissəsi və anbarlar yanğından mühafizə olunub.

Yanğın saat 01:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

   //milli.az