Biləsuvarda 9 yaşlı oğlan 7 yaşlı qızı güllələyərək öldürüb

28-07-2017, 12:08
244


Biləsuvar rayonunda güllələnnmə olub.

Hadisə rayonun Günəşli kəndində baş verib.

Hadisə nəticəsində 2010-cu il təvəllüdlü Qasımova Səbinə Elşən ölüb. Onu qohumu 2008-ci il təvəllüdlü Gözəlov Bəxtiyar Rafiq oğlu ov tüfəngi ilə güllələyərək öldürüb.

Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir.

  //Modern.az