Lerikdə yanğın olub

26-04-2017, 12:09
315


Lerik şəhərində vətəndaşa məxsus ümumi sahəsi 61 m2 olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları və içərisində olan əşyalar 15 m2 sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən  verilən məlumata görə, köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 22:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

  //milli.az