Bakıda sürücü sükan arxasında öldü

13-04-2017, 15:21
288

Bakıda sürücü sükan arxasında öldüBakıda sürücü sükan arxasında ölüb.

Yasamal Rayon Polis İdarəsindən  verilən məlumata görə, hadisə Tolstoy küçəsində qeydə alınıb. 55 yaşlı Səfər Surxay oğlu Orucovun idarə etdiyi "Mercedes" markalı, 90 BG 188 dövlət nömrə nişanlı avtomobil idarəetməni itirərək maneəyə dəyib. Hadisə yerinə baxış keçirilərkən sürücünün sükan arxasında ölməsi və bunun nəticəsində avtomobilin idarəetmədən çıxaraq maneəyə dəyməsi məlum olub.
 
Faktla bağlı araşdırma aparılır.

//APA