İtlər Lerik sakinini xəstəxanalıq etdilər

19-02-2017, 23:16
211

İtlər Lerik sakinini xəstəxanalıq etdilərLerik rayon sakini sahibsiz itlərin hücumuna məruz qalıb.

Hadisə rayonun Çayrud kəndində baş verib.

Belə ki, sahibsiz itlər kənd sakini, 1964-cü il təvəllüdlü Xanəbəy Dadaşova hücum ediblər. Üz və əl nahiyəsindən xəsarət alan sakin qonşuları tərəfindən Lerik Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Lerik Rayon Mərkəzi Xəstəxanasından report-a bildirilib ki, xəstəxanaya gətirilmiş yaralı Çayrud kənd sakini Dadaşov Xanıbəy Xeyrulla oğluna tibbi yardım göstərilib. Zəruri tibbi tədbirlər görülüb, onun yaraları tikilib.

Hazırda onun vəziyyəti normaldır.

   //report