Bakıda 60 yaşlı kişini don vuraraq öldürüb

17-02-2017, 22:06
33

Bakıda 60 yaşlı kişini don vuraraq öldürübBakıda ruhi əsəb dispanserində müalicə alan 60 yaşlı kişini küçədə don vurub.

1957-ci il təvəllüdlü Hacıyev Vilayət Səxavət oğlu don vurmuş vəziyyətdə Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi Əsəb Dispanserinə aparılıb. Daha sonra 3 saylı Şəhər Klinik Xəstəxanasında yerləşdirilib.
Həkimlərin səylərinə baxmayaq, onun həyatını xilas etmək mümkün olmayıb.
V.Hacıyevin meyidi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.
Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi Əsəb Dispanserindən "Report"a bildirilib ki, V.Hacıyev orada qeydiyyatda olsa da, daimi qalmayıb: "Sadəcə xəstəxanaya tez-tez gəlib-gedirdi".

  //Report