Maskalı şəxslər evdən 13 min manat apardılar

14-02-2017, 23:13
332

Maskalı şəxslər evdən 13 min manat apardılarHacıqabulda  3 nəfər maskalı evdən 13 min manat pul oğurlayıb.

Fevralın 13-də gecə saatlarında Hacıqabul rayonunun Qubalı kənd sakini, 1964-cü il təvəllüdlü Tağıyev Kazım Fazil oğluna məxsus fərdi yaşayış evinə girən 3 maskalı şəxs ailə üzvlərini qorxudaraq mənzildən 13 min manat pulu götürərək qaçıb. Hazırda onların tutulması istiqamətində əməliyyat-axtarış və istintaq tədbirləri həyata keçirilir.
 
Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsində cinayət işi başlanıb.

//APA