Bakıda xəstəxanada intihar: boğazını kəsdi

11-01-2017, 22:10
45

Bakıda xəstəxanada intihar: boğazını kəsdiBakıda xəstəxanada intihar hadisəsi baş verib.

Xəzər Rayon Prokurorluğundan report-a bildirilib ki, Buzovna qəsəbəsində yerləşən 7 saylı Vərəm Əleyhinə Dispanserdə müalicə olunan 53 yaşlı Anatoli Mehdiyev həmin səhiyyə müəssisəsində boğazını kəsərək intihar edib.
Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

   //milli.az