Ağsuda "QAZ" və İmişlidə "VAZ" yanıb

26-11-2016, 17:10
327

Ağsuda "QAZ" və İmişlidə "VAZ" yanıbAğsu və İmişli rayonlarında yanğın baş verib.

İmişli rayonunda vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin salonu yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:39-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Həmçinin bildirilir ki, Ağsu rayonunda vətəndaşa məxsus "QAZ" markalı minik avtomobilinin mühərrikində elektrik avadanlıqları və salonu yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

   //Trend