Balakən rayonunda yerləşən internat tipli gimnaziyanın şagirdi yıxılaraq ağır xəsarət alıb.
Hadisə dünən baş verib.
Belə ki, Balakən rayonu İnteqrasiya təlimli internat tipli gimnaziyanın 2-ci sinif şagirdi, 2009-cu il təvəllüdlü Babayev Kənan Araz oğlu təlim-tərbiyə müəssisəsinin ikinci mərtəbəsindən yerə yıxılıb. Ağır xəsarət alan uşaq Bakıya - 1 saylı Şəhər Kliniki Xəstəxanasına gətirilib.
Həkimlərin verdiyi məlumata görə, K.Babayev kəllə-beyin travması alıb. Onun vəziyyəti orta-ağırdır.
Gimnaziyanın direktoru Bəsirət Nastakalova "Report"a açıqlamasında faktı təsdiqləyib. O, Kənan Babayevin pilləkəndən yıxılaraq xəsarət aldığını deyib. Gimnaziyanın direktoru hadisənin tənəffüs zamanı baş verdiyini bildirib: "Kənan Babayev və onun əkiz qardaşının gözündə çəplik var. Kənan 2-ci sinif şagirdidir. O, tənəffüsdə çölə çıxarkən qardaşı ilə oyun oynayırmış. Təlimçinin nəzarətinə baxmayaraq, pilləkəndən yıxılıb. Biz də uşağı təcili tibbi yardımla Bakıya göndərdik".
Faktla bağlı Balakən Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları araşdırma aparır.
//report
U-23 Avropa çempionatında iştirak edəcək millilərimizin heyəti müəyyənləşib
Azərbaycanlı şair vəfat etdi - FOTOLAR
14 yaşlı oğlan bıçaqlandı
"Sabah" önəmli matçdan qələbə ilə ayrıldı-YENİLƏNİB-3
"Zirə" növbəti qələbəsini qazandı-YENİLƏNİB-2
"Neftçi" II pilləyə yüksəldi-YENİLƏNİB-4
"Gözəl vücudum var, istədiyim paltarı geyinərəm" - VİDEO
Boksçularımız Konstantin Korotkov Memorialını 5 medalla başa vurub
Lamiyə Vəliyeva yenidən dünya çempionu oldu
"Attestatla ali məktəbə qəbul hələ gözlənilmir"
Sabah leysan olacaq, çaylardan sel keçəcək
Azərbaycanda zəhərli hörümçəklər satışa çıxarıldı
Cəlilabadda itkin düşmüş 21 yaşlı qız Bakıda tapıldı
“Çox utancaq idi” – Müəllimi Səidə Sultan haqda - FOTO