Bakıda 47 yaşlı kişini küt alətlə döydülər

20-10-2016, 19:08
286

Bakıda 47 yaşlı kişini küt alətlə döydülərBakının Sabunçu rayonunda döyülmə hadisəsi baş verib.
Hadisə Bakıxanov qəsəbəsi Dalan 2 ünvanında qeydə alınıb.
Belə ki, 47 yaşlı Baxşıyev Qoşqar Oruc oğlu evinə doğru hərəkət edən zaman tanımadığı şəxslərlə rastlaşıb. Onlarla mübahisə edən Q.Baxşıyev döyülüb.
Baş nahiyəsindən küt alətlə zərbə alan Q.Baxşıyev təcili tibbi yardım maşını ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti orta-ağırdır.
Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 12-ci Polis Bölməsinin (PB) əməkdaşları hadisənin baş verdiyi ünvanda araşdırma aparıblar. Faktla bağlı cinayət işi başlanılıb.

   //report