Balakəndə yanğın baş verib

26-09-2016, 14:07
636

Balakəndə yanğın baş veribBalakən rayonu, İtitala kəndində vətəndaşa məxsus həyətyanı sahədə tikilmiş ümumi sahəsi 15 m2 olan yardımçı tikilinin dam örtüyünün yanar konstruksiyaları və içərisinə yığılmış əşyalar yanıb.

Fövqəladə Hallar Nazirliyindən  verilən məlumata görə, tikiliyə bitişik talvar yanğından mühafizə olunub.

Yanğın saat 19:23-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

   //milli.az