8 otaqlı ev yandı

19-09-2016, 11:53
216

8 otaqlı ev yandıMasallıda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN)  verilən məlumata görə, rayonun Qasımlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 288 m2 olan ikimərtəbəli 8 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 30 m2 sahədə, 2-ci mərtəbədə mətbəxin yanar konstruksiyaları və ev əşyaları 24 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 07:52-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

   //milli.az