20 yaşlı gənc intihar edib

24-08-2016, 11:20
359

20 yaşlı gənc intihar edibSaatlı sakini özünü asaraq intihar edib.

İntihar hadisəsi saat 23.00 radələrində Saatlı rayonunun Əhmədbəyli kəndində baş verib. Həmin kəndin sakini, 1996-cı il təvəllüdlü Əsgərov Cahid Mail oğlu həyətlərində yerləşən talvardan özünü asaraq intihar edib. Onun meyiti asılmış vəziyyətdə yaxınları tərəfindən aşkar edilib. İntiharın hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı Saatlı rayon prokurorluğunda araşdırma aparılır.

   //APA