Salyanda 24 yaşlı qız intihar etmək istədi

2-07-2016, 23:41
353

Salyanda 24 yaşlı qız intihar etmək istədiBu gün Salyan rayonunda intihara cəhd hadisəsi baş verib.

24 yaşlı Dayıkənd kənd sakini Abdulova Ellada Şahkərəm qızı ailə münaqişəsi zəminində sirkə turşusu içərək intihara cəhd edib.

Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılan qıza tibbi yardım göstərilərək reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onun vəziyyəti orta ağır olaraq qalır.

Faktla bağlı Salyan Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.


 //milli.az