Bakıda sakini elektrik cərəyanı vurub öldürüb

29-06-2016, 10:47
282

Bakıda sakini elektrik cərəyanı vurub öldürübBakı şəhəri, Xətai rayonunda 1 nəfərin təhlükəsizlik qaydalarını pozaraq yüksək gərginlikli transformatora yaxınlaşması nəticəsində elektrik cərəyanı vuraraq vəfat edib.

Fövqəladə Hallar Nazirliyindən  verilən məlumata görə, nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq 1984-cü il təvəllüdlü Stalistav Aleksandr Sergeyeviçin cəsədini transformatorun qoruyucu mühafizə zolağından çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 22:44-də başa çatıb.

   //milli.az