Bakıda iki piydanı vuran sürücülər qaçdılar

29-04-2016, 17:15
431

Bakıda iki piydanı vuran sürücülər qaçdılarBakıda naməlum avtomobil piyada qadını vurub.

Aprelin 28-də saat 16 radələrində Xəzər rayonunun Binə qəsəbəsində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Aynur Məmmədova vurulub. A.Məmmədovaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. Xəzər RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Oxşar hadisə Yasamal rayonunda da baş verib. Aprelin 28-də saat 16 radələrində Yasamal rayonunun İnşaatçılar prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Bəxtiyar İmanov vurulub. B.İmanova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. Yasamal RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

   //milli.az