Azərbaycanda kişi başqası ilə yazışan arvadını güllələdi

2-04-2024, 18:38
115

RUSİYADA TƏHSİL

AVROPADA TƏHSİL

ABŞ-da  TƏHSİL

KANADADA TƏHSİL

UKRAYNADA TƏHSİL

İNGİLİS, RUS VƏ ƏRƏB DİLİ

Telefon: +99450-339-01-64


Azərbaycanda həyat yoldaşını güllələməkdə təqsirləndirilən şəxsə hökm oxunub. Gəncə Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməyə cəhddə təqsirləndirilən Əfsun Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Nəzər Media.az metbuat.az-a istinadən xəbər verir ki, hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Ə. Əhmədov 9 il 6 ay azadlıqdan məhrum edilib.

Prosesdə ifadə verən təqsirləndirilən şəxs Ə. Əhmədov bildirib ki, hadisədən əvvəl o Rusiya Federasiyasında yaşayıb və orada olarkən həyat yoldaşının başqa kişilərlə yazışdığını bilib. Ötən il iyulun 1-də Azərbaycana qayıdan Ə. Əhmədov həyat yoldaşını buna görə evdən qovub. Zəhra Əhmədova uşaqları ilə birlikdə evdən çıxaraq atası evinə gedib.

İyulun 4-də Ə.Əhmədov qayınatasıgilə gedərək Zəhranın yad kişilərlə danışdığını deyib. Zəhranın atası və anası Əfsuna boşanmağı təklif edib. Əfsun uşaqları ilə görüşərək evinə qayıdıb. Hadisədən 3 gün sonra - iyulun 7-də Ə. Əhmədov ov tüfəngini götürərək yenidən həmin ünvana qayıdıb. O, Zəhranın həyətdə göyərti yığdığını görüb evin çardağında gizlənərək qadının bağçadan evə qayıtdığını gözləyib. Zəhra bağçadan evə qayıdarkən Ə. Əhmədov ona qarın və döş qəfəsi nayihələrindən iki dəfə atəş açaraq hadisə yerindən qaçıb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Ə. Əhmədov tutularaq istintaqa təhvil verilib.

Fakta görə Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.