Qusarda təcili yardımın gərgin gecəsi

29-03-2016, 14:08
655

Qusarda təcili yardımın gərgin gecəsiQusar rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinin bir iş gecəsindən danışacağıq. Sakinlərə ilk tibbi yardım göstərən şöbə 24 saatlıq-sutkalıq iş rejimində fəaliyyət göstərir. 10 həkimi, 10 tibb baçısı, 10 sürücü, 5 dispetçeri, 6 xadiməsi olan şöbənin müdiri Nəzakət Salmanova deyir ki, imkan daxilində rayon əhalisinə, müraciət edən xəstələrə ilkin tibbi yardımı vaxtında etməyə çalışırıq.

Nəzakət Salmanova iş prosesində tibbi və texniki avadanlıq sarıdan korluq çəkmədiklərini desə də, qarşılaşdıqları bir çətinlikdən söz açdı. Qusar şəhərinin böyüməsi, yaşayış evlərinin artması səbəbindən yeni salınan məhəllə və küçələri çağırış vaxtı vaxtında tapmaq mümkün olmur: "Təzə küçələr çox olur, şəhər böyüyür. Onunçün, xəstə ünvanı deyən kimi tapa bilmirik, gəzirik, axtara- axtara qalırıq. Ona görə Qusar şəhər icra nümayəndəliyi ilə bir yerdə fikrimiz var ki, birgə plan tərtib eləyək. Şəhərin və rayonun planını tərtib eləyək ki, biz hansı küçənin harda yerləşdiyini bilək ki, xəstəyə tez çata bilək”.

Başladıq Hippokrat andı içənlərin geçə fəaliyyətini izləməyə. Şöbədə bina yeni tikildiyindən bütün xidmət otaqları qaydasında idi. Başqa günlərdən fərqli olaraq çağırış axşam saat 21-dən sonra nisbətən az idi. Nəhayət, Qusar şəhərindən 77 yaşlı qadının halının pis olması barədə çağırış gəldi.

Briqada ilə birlikdə biz də xəstə üstünə getdik. Qan təzyiqindən əziyyət çəkən yaşlı qadına ilk yardım edildi, iynə vuruldu. İynə vurulandan sonra təzyiqi enən Zeynəb Hüseynova təcili yardıma tez-tez müraciət etdiyini dedi: "Mən xəstəyəm, bütün döş qəfəsim ağrıyır, gecələr yata bilmirəm, öskürürəm”.

Qusar təcili yardımçılarının ən çətin çağırışı isə rayon mərkəzindən 40 km aralıda yerləşən Ləcət kəndindən gəldik. 13 yaşlı qızın qıcolma xəbəri həkimləri dərhal həmin istiqamətə yönəltdi. Çəkiliş qrupumuz da dumanlı, çiskin havada Ləçətə yollandı. Ailəyə çatanda məlum oldu ki, anadangəlmə serebral iflic olan 13 yaşlı İradə Abdrahmanovanı növbəti qıcolma tutub. Həkim Nadir Ağacanov xəstəyə ilk yardım göstərdikdən sonra vəziyyəti kritik görüb qərara aldı ki, vəziyyəti ağır olduğundan 13 yaşlı İradə Abdrahmanova Qusar rayon mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə aparılsın. Çətin şəraitdə xəstə qız rayon mərkəzinə çatdırıldı və orada ona yenidən yardım edilməyə başlanıldı.

Təcili yardım şöbəsinin gecə fəaliyyətini müşahidə etdik və bu qənaətə gəldik ki, qusarlıların gündüz saatları kimi, gecə sağlamlığı da etibarlı əllərə əmanət edilib.

  //ANS Press