Gəncə sakini ağır xəsarətlə xəstəxanaya yerləşdirilib

10-03-2016, 14:11
320

Gəncə sakini ağır xəsarətlə xəstəxanaya yerləşdirilibGəncə şəhər sakini bədənin kəsilmiş deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Görə şəhər sakini, 1974-cü il təvəllüdlü Elşad Daşdəmirov sol döş nahiyəsinin və bazunun kəsilmiş deşilmiş yarası ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.
 
Dərhal əməliyyat edilən yaralının vəziyyəti orta ağır qiymətləndirilir. E. Daşdəmirovun anası onun motosikletdən yıxıldığını desə də, 42 yaşlı kişinin bıçaqlandığı ehtimal edilir.
 
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

   //milli.az