Gəncə sakini üç qadını Türkiyəyə aparıb, onları cinsi istismara məruz qoyub - Şok təfərrüat

24-04-2023, 23:45
300

FONO XARİCDƏ TƏHSİL MƏRKƏZİ VƏ XARİCİ DİLLƏR KURSU


BUGUNBİLDİM.COM


FONO XARİCDƏ TƏHSİL MƏRKƏZİ VƏ XARİCİ DİLLƏR KURSU 

TÜRKİYƏDƏ TƏHSİL

RUSİYADA TƏHSİL

AVROPADA TƏHSİL

ABŞ-da  TƏHSİL

KANADADA TƏHSİL

FƏRDİ İNGİLİS DİLİ  󠁧󠁢󠁥󠁮KURSU

8 NƏFƏRLİK İNGİLİS DİLİ 󠁧󠁢󠁥󠁮󠁧󠁿 QRUPLARI (50₼)

RUS DİLİ KURSU

YÖS Kursları

Telefon: +99450-339-01-64; +99450-315-38-86


Gəncə şəhər sakini, 1992-ci il təvəllüdlü Xanım (adlar şərti verilib - red.) üç qadını Türkiyəyə aparıb, onları cinsi istismara məruz qoyub.

Nəzər Media.az Teleqraf.com-a istinadən bildirir ki, Xanım 2019-cu ilin noyabrından 2020-ci ilin dekabrınadək müddətdə Aydanla vatsapın ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə əlaqə saxlayıb, onu müxtəlif ünvanlara göndərib və tanışı olan kişi müştərilərlə pul müqabilində cinsi əlaqədə olması üçün görüşdürüb. Hər dəfə 50 manat məbləğində gəlir əldə edib. O, dəfələrlə kişi müştərilərdən 200 manat pul müqabilində Aydanla cinsi əlaqədə olmalarını təşkil edib.

Bundan başqa o, təkrar 2020-ci ilin dekabrından 2021-ci ilin aprel ayınadək Yasamal rayonu, "Qələbə" dairəsi yaxınlığında yaşayan Aynurə ilə vatsap vasitəsi ilə əlaqə saxlayıb. Onu müxtəlif ünvanlara göndərib və tanışı olan kişi müştərilərlə pul müqabilində görüşdürüb.

Xanım 2021-ci ilin yanvar ayının əvvəllərində Nərimanov rayonu ərazisindəki restoranda Sevillə danışıb.

İstanbul şəhərində iş təşkil edəcəyi vədi ilə onu aldadıb və dövlət sərhədindən keçirib. Həmin il yanvarın 11-də qadını İstanbul şəhərinə aparıb, Taksim adlanan ərazidə kirayə yaşadığı mənzildə yerləşdirib. Sevili 2021-ci il yanvar ayının sonlarından fevral ayının ortalarınadək olan müddətdə istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb.

Daha sonra Xanım Aynurəyə iş təşkil edəcəyini vəd edib və İstanbul şəhərinə aparıb. Orada onu kişi müştəriləri ilə pul ödəniş müqabilində görüşdürüb və cinsi əlaqədə olmasını təşkil edib.

İstintaq orqanı tərəfindən Xanımın barəsində Cinayət Məcəlləsinin 144-1.2.1-ci (iki və ya daha çox şəxs barəsində insan alveri törətmək), 144-1.2.2-ci (təkrar insan alveri törətmək), 144-1.2.4-1-ci (insan alveri qurbanını Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə törədildikdə) və 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddələri ilə ittiham elan edilib.

"Nişanlı olduğumu bilirdi"

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Xanım ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, Aydanla işlətdiyi paltar mağazasında tanış olub: "O, müştəri kimi mənim işlətdiyim mağazaya gəlir, məndən paltar alırdı. Aydanın vasitəsilə Aynurəni də tanıdım.

Aydan həmin zamanlarda mənə gözəllik salonunda saç ustası işlədiyini bildirdi. O mənim türk vətəndaşla nişanlı olduğumu bilirdi. Hətta ailə üzvləri də bundan xəbərdar idilər. Turkiyəyə nişanlımın yanına gedəndə dəfələrlə oradan mal gətirərək satmışam".

"Yola çıxmaq istəmədim"

Təqsirləndirilən şəxsin sözlərinə görə, Aydana bir neçə dəfə bijuteriya verib ki, salona gələn xanımlara satsın: "Aydan bildirdi ki, mənimlə bir yerdə Türkiyəyə getmək istəyir. Mən isə onun nisbətən yüngül təbiətli qadın olduğunu düşündüm, onunla yola çıxmaq istəmədim".

Təqsirləndirilən şəxs deyib ki, bundan başqa həmin vaxtlar Aydanın sosial şəbəkələrdə məşhur siyasətçilərdən birinin qızı (həmin şəxslərin adları və soyadları bizə məlum olsa da, adlarını qeyd etmirik - red.) ilə video görüntüləri yayılmışdı. Bu səbəbdən ona bir yerdə Türkiyəyə getmək istəmədiyimi bildirdim.

Daha sonra Aydanın atası Yasamalda "Bravo" marketin qarşısında maşında mənimlə görüşdü. Mənə bildirdi ki, Tükiyədən mal gətirib burada satmağımdan xəbəri var. Dedi ki, qızı Aydanın da Türkiyədə mənim dəstəyimlə gözəllik salonu açmasını istəyir".

"Razı oldum"

Təqsirləndirilən şəxs daha sonra qeyd edib ki, Aydanın atası Şamaxıda bağı olduğunu deyib: "Bildirdi ki, həmin evi 100-150 min manata satıb, qızına verəcək, qızı da orada salon açanda istifadə edəcək.

Daha sonra Aydan zəng edib anasının mənimlə danışmaq istədiyini bildirdi. Mən onun anası ilə də telefonda danışdım.

Aydanın anası bildirdi ki, maddi vəziyyətləri yaxşı deyil, Türkiyədə gözəllik salonlarından yaxşı pul gəlir deyə Aydanın mənimlə Türkiyəyə getməsini xahiş edir. Bundan sonra Aydanın mənimlə Türkiyəyə getməsinə razı oldum".

"Açıq-saçıq geyinir, gecə şəhərə çıxırdılar"

Təqsirləndirilən şəxsin sözlərinə görə, həmin zamanlar Aydanın mağazadan tanıdığı rəfiqəsi Aynurə sevgilisindən ayrıldığından depressiyaya düşüb: "Türkiyəyə gedəcəyimizi eşitdikdə bildirdi ki, o da fikri dağılması, başı açılması üçün bizimlə bir yerdə 10 günlüyünə istirahətə etmək istəyir. Bütün bunlardan sonra onlarla Türkiyəyə getməyə razılıq verdim.

Biz 9 noyabr 2021-ci ildə Türkiyənin İstanbul şəhərinə getdik. Mən həmişə İstanbula gedəndə rəfiqəm Gülüsüm xanımın evində qalmışam. Bu dəfə də Gülüsümün yaşadığı ünvanda qaldım. Aydanla Aynurəni də özümlə apardım.

Gülüsümün evi İstanbulda Taksimdə yerləşir. O, ata-anası ilə bir yerdə yaşayırdı. Diyarbəkirdə mənim nişanlımla eyni kənddəndirlər.

Mən hələ Bakıda olarkən Aydan və Aynurəyə bildirdim ki, İstanbulda qonaq qalıram, ona görə də qonaq getdiyim evdə onları üç-dörd gün saxlaya bilərəm. Bundan sonra gərək həmin evdən çıxsınlar, çünki Gülüsümün ana-atası yaşlıdırlar, narahat ola bilərlər.

Aydan və Aynurə mənimlə razılaşdılar. Lakin İstanbulda söz verdikləri kimi həmin evdən çıxmadılar, təxminən bir həftə mənimlə bir yerdə qaldılar. Onlar orada çox açıq-saçıq geyinir, səs-küylü danışır, gecə saatlarında evdən çıxır, geri gec qayıdırdılar. Bu səbəbdən Gülüsümün anası mənə etiraz etdi. Mən də qızlara bildirdim ki, ev sahibləri onların hərəkətlərindən narahatdırlar, evdən çıxmalıdırlar.

Sonradan istintaq zamanı bildim ki, onlar Gülüsümün evindən çıxdıqdan sonra İstanbulda müxtəlif otellerdə qalıb, sonra Bakıya qayıdıblar".

"Çay işmişik, başqa iş görməmişik"

Xanımın ifadəsinə görə, Sevili təxminən üç il əvvəl restoranda tanıyıb: "Xatırlamadığım qonaqlığa Sevil də gəlmişdi, aramızda münasibət yarandı.

Sevillə tanış olduğum müddətdə Yasamal rayonu ərazisində ünvanını dəqiq bilmədiyim mənzildə kirayədə qalmışam. Sevil də həmin mənzilə gəlib-gedib. Onun gəlişi sadəcə yaxın münasibətlərimizlə bağlı olub. Oturub çay içib söhbət etmişik, başqa hər hansı iş görməmişik".

"Xahiş etdi ki, şou proqramlarda yer ayırsın"

Xanım qeyd edib ki, sonuncu dəfə Sevilgil onun yanına gələndə evdə qab-qacağı yığışdırırmış: "Məndən nə baş verdiyini soruşdular. Dedim, evi təhvil verməliyəm. Çünki Türkiyəyə ticarətlə məşğul olmağa gedirəm. Həmçinin həmin vaxt Mertlə tanış olmuşdum və aktyorluğa seçimlərdə də iştirak etməliydim.

Sevil bunu eşidən kimi dedi, ona da Türkiyədən təkliflər gəlib, o da getməlidir. Təklif etdi ki, Türkiyəyə birlikdə gedək, birgə otel nömrəsi tutaq, pulunu da yarıbayarı ödəyək. Məndən xahiş etdi ki, Mertlə danışım, onun üçün də restoranlarda şou proqramlarda yer ayırsın.

Beləliklə, razılaşdıq ki, Türkiyəyə birlikdı gedək. Sevilin bileti Türkiyədən alındı. Mən isə öz təyyarə biletimi aerokassadan aldım".

"Münasibərləri yaxınlaşdı"

Təqsirləndirilən şəxsin sözlərinə görə, İstanbul şəhərində "Cemalim Suit" otelində birlikdə qalmağa nömrə sifariş verib və orada qalmağa başlayıblar: "Təxminən bir aya yaxın Sevillə qaldım. O, gün ərzində rəqs paltarlarını götürüb mənə məlum olmayan yerə gedirdi. Hara getməsi mənim üçün maraqsız idi. Həm də heç bir zaman məni getdiyi yerə aparmırdı. Bu cəhətdən çox xəsis idi.

Mən də Mertin müsabiqəsində iştirak etmək üçün gedib-gəlirdim. Mertlə görüşə gedərkən Sevil də mənimlə getmək istədiyini bildirdi. Sevillə Mert Arı beləcə tanış oldular.

Mert Arı bizə bildirdi ki, Azərbaycanda gözəllik müsabiqəsi keçirmək istəyir, amma əlaqə qurmağa adam tapa bilmir. Sevil Mertə köməklik edəcəyini bildirdi. Onların münasibətləri yaxınlaşdı".

"Əlaqəm olmayıb"

Təqsirləndirilən şəxs qeyd edib ki, əvvəlki ifadəsində adını qeyd etdiyi Gülüsümlə və nişanlısı İshaqla məhz "Cemalim Suit" otelində qalarkən tanış olub: "Gülüsüm həmin oteldə xadimə işləyirdi. İshaqın dayısı isə otelin sahibi idi. Sevillə oteldə hər ikmiz qeydiyyatdan keçmişdik, pasportlarımizi ayrı-ayrılıqda təqdim etmişdik.

Otaqda isitmə sobasına görə aramızda mübahisə oldu. Otel sahibi istilik sobasını az işlətməyimizi istədi. Sevil də otel işçilərinə sobanı mənim işlətdiyimi dedi. Bu səbəbdən aramızda narazılıq oldu.

Bir ay İstanbulda qaldıqdan sonra Azərbaycana qayıtdım. Sevil isə orada qaldı. Bundan sonra Sevillə əlaqəm olmadı".

"Şikayətinin olmadığını bildirdi"

Təqsirləndirilən şəxsin bildirdiyinə görə, onlar Türkiyədə olarkən bir yerdə Taksimdə yerləşən "Hafiz Mustafa" adlı restorana gedib, orada yeyib-içiblər:

"Aynurə İstanbulda Gülüsümün evindən çıxarkən mənə hirsli şəkildə bildirdi ki, Bakıda görüşərik. Bəlkə də onlar səhvən düşünüblər ki, həmin xanımları evdən qəsdən qovuram, ona görə Bakıya qayıdarkən məndən şikayət ediblər.

İstintaq zamanı üzləşmədə müstəntiq Aynurənin şikayət etməsi səbəbini soruşdu. O da şikayətinin olmadığını, gətirilən zaman polis əməkdaşlarının özlərinin şikayət ərizəsi yazaraq, ona imza atdırdıqlarını bildirdi.

Biz bir yerdə Türkiyəyə getməmişdən əvvəl Aydanın Türkiyəyə gedib-getmədiyini bilmirəm. Lakin əvvəllər danışanda həmişə deyirdi ki, Dubayda olub".

"Borc almışam"

Təqsirləndirilən şəxs bildirib ki, heç vaxt "Melissa Park" yaşayış kompleksində və Yasamal rayonu ərazisində "Qələbə" dairəsinin yaxınlığındakı evlərdə qalmayıb: "Həmin ünvanlarda Aynurə və Aydan yaşayıblar. Həmin evlərdə pul qarşılığında qəbul etmələri üçün heç bir müştəri təklif etməmişəm. Onlar özləri həmin evlərdə kişi qəbul edirdilər.

Ümumiyyətlə, heç vaxt Aydan və Aynurənin pul qarşılığında görüşmələri üçün müştəri təklif etməmişəm. Mən Türkiyədən satmaq üçün paltar gətirməklə məşğul olmuşam. Türk vətəndaşı ilə nişanlı olduğum üçün ora tez-tez gedib-gəlmişəm.

Türkiyəyə gedəndə Aydandan 150, Aynurədən 450 manat borc pul almışam. Aynirə və Aydandan aldığım borcu İstanbula getdikdən sonra nişanlımndan alaraq qaytarmışam".

"Məni kişilərlə görüşə məcbur etməyib"

Cinayət işi üzrə zərərçəkmiş Aydanın sözlərinə görə, Xanımı təxminən 2017-ci ildən tanıyır: "Xanımla Yasamal rayonunda işlədiyim gözəllik salonunda müştəri kimi tanış olmuşuq. İşlədiyim gözəlik salonunda müxtəlif salon xidmətləri göstərib.

2017-ci ildə Xanımla təzə tanış olanda mənə kişilərlə görüşdən yaxşı pul qaldığını bildirdi. Dedi ki, istəsə, sənə müştəri tapa bilərəm. Onun təklifi ilə razı oldum. Beləliklə, Xanım məni Bakı şəhərinin ayrı-ayrı yerlərində kişilərə təklif etdi.

Həmin zaman müştəri ilə görüşə könüllü getmişəm. Xanım və ya hər hansı başqa şəxs məni kişilərlə görüşməyə məcbur etməyib. Müştərilərlə görüşdükdən sonra pulu mənə Xanım verib".

"Təklif etdiyi müştərilərlə görüşdüm"

Zərərçəkmiş şəxsin bildirdiyinə görə, 2021-ci ildə Xanımla söhbət əsnasında onun Türkiyəyə gedib-gəldiyini bilib: "Xanım mənə Türkiyədə işi olduğunu, oradan mal gətirərək Bakıda satdığını, alverlə əlaqədar olaraq oraya gedib-gəldiyini dedi.

Mən digər zərərçəkmiş Aynurə ilə də salonda tanış olmuşam. Bir dəfə salonda olarkən Aynurə, Xanım və mənim özüm söhbət etdik. Xanım bildirdi ki, yaxınlarda yenə Türkiyəyə gedəcək. Bizə təklif etdi ki, İstanbulda salon açsaq, daha çox pul qazana bilərik.

Həmin vaxt Bakıda salonda işlər zəif olduğundan qərara gəldim ki, Xanımla bir yerdə Türkiyəyə gedim, orada salon açmaqda Xanım bizə köməklik göstərsin. Türkiyəyə getmək üçün bileti özüm aldım.

İstanbulda biz Xanımın rəfiqəsinin evində Taksim ərazisində qaldıq. Bir neçə gün qaldıqdan sonra Xanım bildirdi ki, salon işi alınmır. Mən məcbur qalaraq Xanımın təklif etdiyi müştərilərlə görüşüm".

Zərərçəkmiş qeyd edib ki, Xanımın təklifi ilə 3-4 müştəri ilə görüşüb: "Hər müştəridən mənə 150 manat verib. Xanımın özünə nə qədər pul qaldığı, ümumiyyətlə ona pul qalıb-qalmaması barədə məlumatım yoxdur.

Bakıda Xanımın məni fahişəliyə cəlb etdiyini, məni kişilərlə görüşdürdüyünü bildiyim halda İstanbula gedərkən onun salon açmaq fikrinə aldanmağımın səbəbi ona inanmağımdır".

"İş yaxşı getmirdi"

Zərərçəkmiş Sevilin sözlərinə görə, rəqqasədir, ərəb rəqsləri ilə məşğuldur:

"Xanımı təxminən 5-6 ildir tanıyıram. Onunla məclislərin birinə rəqs etmək üçün getdikdə tanış olmuşam. Daha sonra aramızda münasibət yarandı. Lakin sıx münasibətlərimiz olmayıb. Yalnız "salam-sağ ol" olaraq münasibətlərimiz davam edib.

Ölkə ərazisində karantin rejimi başlayan ərəfədə Nərimanov rayonu ərazisində "Xəmsə" restoranını işlətməyə başladım. Karantin zamanı olduğum üçün restoranda iş yaxşı getmirdi. Xanım da həmin restorana gəlib-gedirdi".

"Dedi ki, qazanc əldə edə bilərsən"

Zərərçəkmiş şəxs deyib ki, 2021-ci il yanvarın əvvəllərində restoranda olan zaman Xanım da həmin restorana gəlib: "Biz bir qədər söhbət etdikdə maddi sıxıntılarının olmasını, restoranın qazanc gətirmədiyini bildirdim.

Xanım mənə bildirdi ki, burada maddi sıxıntı çəkib, borc içində qalmaqdansa, Türkiyəyə gedib rəqqasə kimi işə davam etsən, qazanc əldə edərsın.

Xanımdan Türkiyədə karantin rejiminin hansı vəziyyətdə olduğunu soruşdum. O, hər yerin açıq olduğunu, orada həmişə pul qazanmağın mümkünlüyünü bildirdi. Mən də Türkiyəyə getməyə razılaşdım. Xanımla bir yerdə Türkiyəyə bilet aldıq".

"Bildirdi ki, foto modellik edərək pul qazanacaq"

Zərərçəkmiş qeyd edib ki, 11 yanvar 2022-ci ildə Xanımla birlikdə Bakı Beynəlxalq Hava Limanından təyyarə vasitəsilə İstanbul şəhərinə gedib: "İstanbul şəhərinin Taksim adlanan ərazisində kirayə ev tutduq və birlikdə yaşamağa başladıq. Türkiyəyə getdikdə pulum olmadığına görə Xanım mənə pul verdi.

Türkiyədə illərlə tanıdığım Həyati bəy adlı şəxs var. O, illər əvvəl mənimlə evlənmək istəyib. Lakin həmin zaman Həyati bəydən pul istəməyə utandım. Artıq orada Xanımın iç üzünü gördüm. Mənim yediyim yeməyə, içdiyim çaya belə qarışdı. İşıq pulu, qaz pulu, su pulunu tək verdiyinə görə etirazını bildirdi.

Dedi ki, fotomodellik edərək pul qazanacaq, buna görə işləyəcəyi agentliyin müdiri Mert bəy tək axşam bizə gələcək.

Axşam Mərt bəy öz qardaşı ilə gəldi. Dördümüz söhbət etdik. Söhbət həqiqətən foto modellikdən gedirdi. Bildirdim ki, nəsə kömək lazım olsa, mən hazıram. Onlar getdilər, Xanımla daha bu barədə danışmadıq".

"Dözə bilmədim"

Zərərçəkmiş qeyd edib ki, həmin evdə 15 gün qaldıqdan sonra Xanım ondan pul, eləcə də ev pulu tələb edib: "Mən pulum olmadığını dedim. Xanım mənə kişilərlə pul müqabilində görüşə biləcəyimi bildirdi. Əvvəlcə etiraz etdim. Sonra məcbur qalaraq Xanımın bu təklifi ilə razılaşdım. Çünki mənə pul lazım idi.

İki nəfərlə görüşərək, birində 100 dollar, digərində 50 dollar aldım. Daha sonra dözə bilmədiyimi bildirdim. Orada olan sevgilim Heyati bəyə zəng vuraraq mənə ev tutmasını xahiş etdim. Xanımdan ayırıldım. Həyati bəy mənə ev tutdu ki, bir müddət Türkiyədə qaldıqdan sonra Bakıya qayıdım".

İnsan alverçisinin cəzası

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmə hökm çıxaran zaman Xanımın ittiham olunduğu Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1-ci maddəsindən həmin məcəllənin 243.1-ci maddəsinə tövsif edilib.

Xanım Cinayət Məcəlləsinin 243.1-ci maddəsi ilə təqsirli bilinib. Ona 480 saat müddətinə ictimai işlər cəzası təyin edilib.

Təqsirləndirilən şəxsin ibtidai istintaq dövründə və məhkəmədə barəsində həbs növündə qətimkan tədbiri seçilməklə 3 ay 16 gün müddətində həbsdə saxlanıldığından həmin müddət azadlıqdan məhrumetmənin bir gününə ictimai işlər növündə cəzanın səkkiz saatı bərabər tutulmaqla hesablanıb.

Bu səbəbdən ona təyin edilmiş 480 saat müddətinə ictimai işlər cəzasını çəkmiş hesab edilib.

Təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib. O, məhkəmənin iclas zalında həbsdən azad edilib.