Bakıda yolu keçən 32 yaşlı kişini avtomobil vurub

18-01-2023, 23:23
107

BUGUNBİLDİM.COM


Bakının Xətai rayonunda 32 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

Nəzər Media.az  "report"a istinadən bildirir ki, 1991-ci il təvəllüdlü Babayev Müzəffər Səfər oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.