Yol qəzasında 35 yaşlı kişinin beli sınıb

9-12-2022, 16:28
370

BUGÜNBİLDİM.COM 


Yevlax rayonunun Səmədabad kəndində baş verən yol qəzasında 35 yaşlı kişinin bel fəqərəsi sınıb.

Nəzər Media.az  "report"a istinadən bildirir ki, iki avtomobilin toqquşması nəticəsində 1987-ci il təvəllüdlü Ələsgərov Ramiq Oktay oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bel fəqərəsinin sınığı diaqnozu qoyulub.


Hadisənin təfərrüatı araşdırılır.