39 yaşlı qadın dəm qazından ölüb

9-12-2022, 16:25
378

BUGÜNBİLDİM.COM 


Sumqayıtda 39 yaşlı qadın dəm qazından boğularaq ölüb.

Nəzər Media.az  APA-ya istinadən bildirir ki, hadisə şəhərin Xəzər bağlarında qeydə alınıb.

Belə ki, 1983-cü il təvəllüdlü Vüsalə Novruzova dəm qazından boğularaq dünyasını dəyişib.

Mərhumun meyiti aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bu, Sumqayıtda son 3 gün ərzində dəm qazından üçüncü ölüm faktıdır.