Ana və qızı göbələkdən zəhərlənib, onlardan biri ölüb

9-12-2022, 14:37
487

BUGÜNBİLDİM.COM 


Xudat şəhərində ana və qızı göbələkdən zəhərlənib, onlardan biri ölüb.

Nəzər Media.az  "report"a istinadən bildirir ki, Xaçmaz rayonunun Şimali kənd sakinləri, 1944-cü il təvəllüdlü Nemətova Roza Bədəl qızı və onun qızı, 1979-cu il təvəllüdlü Ağayeva Çimnaz Nemətovna göbələk turşusundan zəhərlənərək ağır vəziyyətdə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Həkimlərin səyinə baxmayaraq, R. Nemətovanın həyatını xilas etmək mümkün olmayıb.

Ç.Agayevanın isə vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.