Bakıda taksi sürücüsü sərnişini bıçaqlayıb - TƏFƏRRÜAT

18-11-2022, 22:50
176

BUGUNBİLDİM.COM


Bakı-Sumqayıt şossesində sürücü sərnişiniə çox saylı xəsarət yetirib.

Nəzər Media.az  APA-ya istinadən bildirir ki, hadisə Bakı-Sumqayıt şossesinin Binəqədi rayonu ərazisinə düşən hissəsində baş verib.

1998-ci il təvəllüdlü Vəliyev Əli Gündüz oğlu "Toyota" markalı avtomobildə sərnişin qismində əyləşərkən onu sürücü bıçaqlayıb.

Yaralı sol diz və sol kürək nahiyəsinin bıçaqlanması diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Ə.Vəliyevi bıçaqlayan onun qaynıdır. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, hadisə qohumlar arasında şəxsi münasibətlər zəminində baş verib. Hadisəni törədən şəxs məlumdur. Hazırda müvafiq ekspertiza işləri aparılır.