Gürcüstan vətəndaşı Bakıda qəza törədib, ölən var

24-02-2022, 19:16
136

BUGUNBİLDİM.COM



Bakıda minik avtomobili yük avtomobili ilə toqquşub.

Nəzər Media.az APA-ya istinadən bildirir ki, hadisə Qaradağ rayonunda, Xocasən-Lökbatan yolunda qeydə alınıb.

Şəhər sakini Nicat Nəsirovun idarə etdiyi "Daewoo Damas" markalı avtomobillə Gürcüstan vətəndaşı Giorgi Mashavanın idarə etdiyi "Daf" markalı yük avtomobili toqquşub. Nəticədə N.Nəsirov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Qaradağ rayon Polis İdarəsində cinayət işi başlanıb.