Bakıda minik və yük maşınları toqquşub, ölən var

23-02-2022, 22:53
110

BUGUNBİLDİM.COM



Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Milli.Az-a verilən xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Qaradağ rayonunda "DAF" markalı yük avtomobili və "Daewoo" markalı minik avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1983-cü il təvəllüdlü Nəsirov Nicat Fəxrəddin oğlunun meyitini deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

//milli.az