Bakıda həyat yoldaşını balta ilə qətlə yetirən şəxsə 14 il cəza verildi

23-02-2022, 21:48
88

BUGUNBİLDİM.COM



Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməyə cəhddə təqsirləndirlilən Şükür Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Nəzər Media.az Trend-ə istinadən bildirir ki, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 14 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2021-ci il sentyabrında paytaxtın Sabunçu rayonu Zabrat qəsəbəsində qeydə alınıb.

Ş.Mirzəyev ailə münasibətləri zəminində həyat yoldaşı Kəmalə Mirzəyevanı balta ilə zərbələr endirərək qətlə yetirib. Törətdiyi cinayət əməlinə görə Ş.Mirzəyevə qarşı Cinayət Məcəlləsinin 29,120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) və 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddələri ilə ittiham irəli sürülüb. Barəsində həbs qətimkan tədbiri seçilib.