Danimarka yarımfinalda-YENİLƏNİB-4

3-07-2021, 21:58
310

"EURO 2020"nin 1/4 finalı çərçivəsində keçirilən Çexiya-Danimarka oyunu başa çatdı. Gərgin keçən görüşdə Danimarka 1:2 qalib gələrək adını yarımfinal mərhələsinə yazdırdı. Bu görüşdə onların rəqibi Ukrayna-İngiltərə görüşündən sonra bilinəcək.

xxxx

Oyunun 49-cu dəqiqəsi Patrik Şik qollardan birinin əvəzini çıxdı
xxxx
Çexiya-Danimarka oyunda tərəflər fasiləyə yollandı.İlk hissə Danimarkanın 0:2 üstünülüyü ilə başa çatdı
xxx
Oyunun 42-ci dəqiqəsində Kasper Dolberq Çexiyanın ikinci topuna imza atdı-Çexiya-Danimarka-0:2
xxx
Bu gün "EORO 2020" də 1/4 finalı çərçivəsində ikinci günün qarşılaşmaları keçiriləcək. İkinci günə iki qarşılaşma təyin olunub. Günün açlış matçında Çexiya millisi "Bakı Olimpia Stadionu"nda Danimarka millisi ilə qarşılaşır. Bu cütlüyün qalibinin rəqibi günü ikinci qarşılaşmasında baş tutan Ukrayna İngiltərə görüşündən sonra bilinəcək Oyunu Niderlanddan olan hakimlər briqadası idarə edir. Oyunun baş hakimi Pol Van Boekeldir. Ona bu işdə həmyerliləri Sandar Van Rokel və Ervin Zeistra kömək edir. Oyunun dördüncü hakimi Rusiyadan olan Serger Karasevdir. Artıq oyunun 5-ci dəqiqəsində Tomas Delanay hesabı açdı-Çexiya-Danimarka-0:1


Bu gün bu görüşdən sonra Roma da Roma Olimpia Stadionunda Ukrayna və İngiltərə milliləri üz-üzə gələcək.

Xatırlama:

11 İyun

A qrupunu çərçivəsində keçirilən Türkiyə-İtaliya oyunu ilə "EURO 2020" start verilmişdi. "Olimpika Stadionu"nda keçirilən görüşn ilk hissəsi başladığı hesabla bitdi-Türkiyə-İtaliya-0:0. Ancaq ikinci hissə qardaş ölkə üçün arzuolunmaz oldu. Əvvəlcə Merih Demiralın avtoqolu italyanların sevinməsinə səbəb oldu-Türkiyə-İtaliya-0:1. 66-cı dəqiqədə Çiro İmmobile ikinci dəfə "ay-ulduzlar"ı məyus etdi-Türkiyə-İtaliya-0:2. Oyunun 79-cu dəqiqəsində Lorentso İnsinye oyunda son nöktəni qoydu-Türkiyə-İtaliya-0:3. Beləliklə İtaliya turnirə üç xalla başladı.

12 İyun

Günün ilk qarşılaşmasında A Qrupunun görüşləri çərçivəsində Bakıda "Bakı Olimpia Stadionu"nda Uels və İsveçrə milliləri üz-üzə gəlib. Görüşün ilk hissəsi başladığı hesabla bitib-Uels-İsveçrə-0:0ş İkinci hissə başlayan kimi İsveçrə millisi Bril Embolonun qolu ilə hesabı açıb- Uels-İsveçrə-0:1. Ancaq Uels oyunda hesabı bərabərləşdirməyə nail olub. Oyunun 74-cü dəqiqəsində Kiffer Murun qolu Uelsi gerilikdən xilas edib-Uels-İsveçrə-1:1. Bundan sonra matçda qol olmayıb və tərəflər hərəyə bir dəfə fərqlənməklə bir xala qane olublar.

Günün ikinci qarşılaşmasında Danimarkanın paytaxtı Kopenhagenin "Parken stadionun"da Danimarka Finlandiyanı qəbul edib. Görüşün ilk hissəsində qol olmasa da dəhşətli anlar yaşanıb. Kristian Eriksenin huşunu itirməsi ilə əlaqdar olaraq matç təxirə salınıb. Hər iki komandanın futbolçularının istəyi ilə Danirmarka - Finlandiya matçı Bakı vaxtı ilə saat 22.30-da davam etdirilib. İlk hissənin son 4 dəqiqəsi oynanılan ilk hissədə hesab açılmayıb. Tərəflər beş dəqiqəlik fasiləyə qolsuz bərabərliklə yola düşüb. Oyunun 60-cı dəqiqəsində Joel Pohyanpalo Finlandiyanın tarixində ilk qəlbəsinə imza atıb-Danimarka-Finlandiya-0:1. Danimarkalıların əlində hesabı bərabərləşdirmək üçün imkan olsa da onlar bu imkandan istifadə edə bilməyib. Hakim Finlandiyanın qapısına penalti təyin edib. Oyunun 74-cü dəqiqəsində Piera Emila Höjbjerq Lukas Hradeki duelden məğlub ayrılıb-Danimarka-Finlandiya-0:1. Bundan sonra oyunda yadda qalan heç bir hadisə olmayıb və Finlandiya tarixində ilk dəfə qatıldığı Avropa çempionatında ilk qolunu vurmaqla yanaşı ilk qələbəsini qazanıb.

Günün sonuncu qarşılaşmasında Belçika və Rusiya Rusiyadakı "Sankt-Peterburq stadion"unda üz-üzə gəlib. Artıq oyunun 10-cu dəqiqəsində Lukakonun qolu ilə Belçika hesabı açıb-Belçika-Rusiya-1:0. 34-cü dəqiqəsində Münyer Belçikanın ikinci topuna imza atıb-Belçika-Rusiya-2:0. İlk hissə Belçikanın 2:0 üstünlüyü ilə başa çatıb. Oyunun 88-ci dəqiqəsində Lukako dub edərək özünün ikinci Belçikanın üçüncü topuna imza atıb-Belçika-Rusiya-3:0. Beləliklə ilk oyunda Rusiya üzərində 3:0 hesablı qələbə qazanan Belçika turnirə qalib başlayıb.


13 İyun

İlk qarşılaşmada D grupu çərçivəsində İngiltərdə "Uembli" stadionunda İngiltərə millisi Xorvatiya millisini qəbul edib. Görüşün ilk hissəsi başladığı hesabla bitib-İngiltərə-Xorvatiya-0:0. Oyunun 57-ci dəqiqəsində İngiltərə millisi Rahim Sterlinq qolu ilə hesabı açıb-İngiltərə-Xorvatiya-1:0. Bu görüşdə vurulan son qol oldu və İngiltərə matçdan 1:0.

Günün ikinci qarşılaşmasında C qrupu çərçivəsində Rumuniyanın paytaxtı Buxarest şəhərində "Nasional" stadionunda Avstriya Şimali Makedoniyanı qəbul edib. Artıq oyunun 18-ci dəqiqəsində Konard Layner hesabı açıb-Avstriya-Şimali Makedoniya-1:0. Oyunun 28-ci dəqiqəsində Şimali Makedoniya Qoran Pandevin qolu ilə hesabı bərabərləşdirib-Avstriya-Şimali Makedoniya-1:1. Fasiləyə tərəflər hərəyə bir dəfə fərqlənməklə yollanıb-Avstriya-Şimali Makedoniya-1:1.Oyunun 78-ci dəqisəndə Maykl Qregoritş Avstriyanın ikinci topuna imza ataraq komandanı yenidən hesabda önə keçirdib-Avstriya-Şimali Makedoniya-2:1. Ancaq alman kökənlilər bununla da kifayyətlənmədi. Oyunun 89-cu dəqisəndə Marko Arnautoviç Avstriyanın üçüncü topuna imza atıb -Avstriya-Şimali Makedoniya-3:1. Bundan sonra matçda heç bir qol olmayıb və Avstriya matçdan 3:1 hesablı qələbə ilə ayrılıb.

Gününcü sonuncu qarşılaşmasında C qrupu çərçivəsində Niderland millisi Niderland paytaxtı Amsderdam "Yohan Kroyf Arena"da Ukrayna millisini qəbul edib. Görüşün ilk hissəsi başladığı hesabla bitdi-Niderlandan-Ukrayna-0:0. Oyunun 52-ci dəqiqəsində Niderland Jorjinyo Veynaldum qolu ilə hesabı açdı-Niderland-Ukrayna-1:0. Yeddi dəqiqə sonra hollandalar daha bir qola imza atdı. Oyunun 59-cu dəqiqəsində Vut Veghorst Niderlandın ikinci qoluna imza atdı -Niderland-Ukrayna-2:0. Ancaq bundan sonra meydanda Ukrayna dalğası əsməyə başladı. Əvvəlcə oyunun 75-ci dəqiqəsində Ukrayna Andrey Yarmalenkonun qolu ilə qollardan birinin əvəzini çıxdı-Niderland-Ukrayna-2:1. Daha sonra isə oyunun 79-cu dəqiqəsində Ukrayna Roman Yaremçukun qolu ilə hesabı bərabərləşdirdi-Niderland-Ukrayna-2:2. Ancaq Ukrayna millisi görüşdən xalla ayrıla bilmədi. Oyunun 85 dəqiqəsində Denzel Dumres Niderlandın üçüncü qoluna imza ataraq millisini yenidən hesabda önə keçirdi -Niderland-Ukrayna-3:2. Bundan sonra matçda qol olmadı və Niderland millisi oyundan 3:2 qələbə ilə ayrılaraq ilk "EURO 2020"də ilk üç xalına sahib oldu.

14 İyun

Günün ilk qarşılaşmasında D qrupunun oyunları çərçivəsində Şotlandiyanın Qlazqo şəhərində "Hampden Park" stadionunda Şotlandiya millisi Çexiya millisini qəbul edin. Görüşün ilk hissəsinin 42-ci dəqiqəsində Patrik Şik qolu ilə Çexlər hesabı açıb-Şotlandiya-Çexiya 0:1. İlk hissə Çexiyanın 0:1 hesablı qələbəsi ilə başa çatıb. İkinci hissədə 52-ci dəqiqədə Patrik Şik mərkəzdən vurduğu möhtəşəm qolla dubl edərək özünün və komandasının ikinci topuna imza atıb-Şotlandiya-Çexiya-0:2. Bundan sonra oyunda qol olmadı və Çexlər matçdan 0:2 hesablı qələbə ilə ayrılaraq turnirə qələbə ilə başladı.

Günün ikinci qarşılaşmasında E qrupu çərçivəsində Rusiyanın Sankt-Peterburq şəhərində "Sankt-Peterburq" stadionunda Polşa və Slovakiya milliləri üz-üzə gələcək. Artıq oyunun 18-ci dəqiqəsində Polşa komandasının qapçısı Voşsi Szçęsni səhfən topu qoruduğu qapıya vurdu-Slovakiya-Polşa-0:1. İlk hissə Slovakiyanın 0:1 hesablı qələbəsi ilə başa çatdı. İkinci hissə polaklar üçün uğurla başladı. Oyunun 46-cı Karol Linetti dəqiqəsində Polşanın bərabərlik topuna imza atdı-Polşa-Slovakiya-1:1. Oyunun 64-cü dəqiqəsindən sonra isə meydanda Polşa millisinin başını qara buludlar aldı. Oyunun 64-cü dəqiqəsində Grizqorz Kriçoviak qırmızı vərəqə alaraq meydandan qovuldu-Polşa-Slovakiya-0:1. Oyunun dəqiqəsində 69-cu Milan Skrian Slovakiyanın ikinci topuna imza ataraq ikinci dəfə öz millisini hesabda önə çıxartdı-Polşa-Slovakiya-1:2. Beləliklə gərgin keçən matçda Slovaklar 1:2 hesabı ilə qələbə qazanaraq "EURO 2020"yə qələbə ilə başladı.


Günün sonuncu qarşılaşmasında E qrupu çərçivəsində İspaniyanın Sevilya şəhərində "Estadio La Cartuja" stadionunda İspaniya İsveçi qəbul edib. Görüşün ilk hissəsi tərəflər fərqlənə bilməyib-İspaniya-İsveç-0:0. İkinci hissədə oyunda qol səsi gəlməyib və görüş balşadığı hesabla bitib-İspaniya-İsveç-0:0. Tərəflərin hərəyə bir xal qazandığı oyun "EURO 2020"nin qolsuz keçən ilk qarşılaşması oldu.

15 İyun

Günün ilk qarşılaşmasında F qrupu çərçivəsində Macarıstanın Budapeşt şəhərində "Puşkaş Arena"da Macarıstan Portuqaliyanı qəbul edib. Görüşün ilk hissəində tərəflərdən heç biri fərqlənə bilməyib-Macarıstan-Portuqaliya-0:0. Ancaq macarların müqaviməti uzun sürmədi. Oyunun 84-cü dəqiqəsində Rafa Girerorun qolu Portuqaliya hesabı açıb-Macarıstan-Portuqaliya0:1. Oyunun 87-ci dəqiqəsində Kristias Ronaldo penaltidən Portuqaliyanın ikinci qoluna imza atıb-Macarıstan-Portuqaliya-0:2. Oyunun 90+2-ci dəqiqədə Kristian Ronaldo dubl edərək özünün ikinci Portuqaliyanın üçüncü topuna imza atıb-Macarıstan-Portuqaliya-0:3. Bundan sonra oyunda qol olmadı və Ronaldonun qoyduğu son nöktə ilə Portuqaliya matçdan 0:3 hesablı qələbə ilə ayrılıb.

Günün ikinci qarşılaşmasında F qrupunun oyunu çərçivəsində Almaniyanın Münhen şəhərində "Münhen Futbol Arenası"nda Fransa və Almaniya milliləri üz-üzə gəlib. Oyunun 20-ci dəqiqəsində Mats Hummelsin avtoqolu ilə almanlar geri düşüb-Fransa-Almaniya-1:0. İlk hissə "qırmızı-xoruzlar" Fransanın 1:0 hesablı qələbəsi ilə başa çatıb. İkinci hissədə heç bir qol olmayıb və ilk hissənin nəticəsi oyunun nəticəsi olub. Beləliklə Fransa Almaniyada nominal ev sahibi olduğu oyundan 1:0 hesablı qələbə ilə ayrılıb. Bununlada "EURO 2020"də birinci tura yekun vurulub.

II TUR

16 İyun

Günün ilk qarşılaşmasında F qrupu çərçivəsində Rusiyanın Sankt-Peterburq şəhərində "Sankt-Peterburq" stadionunda Rusiya və Finlandiya milliləri üz-üzə gəlib. Oyunda hesab oyunun 45+2-ci dəqiqəsində Aleksey Mirançukun qolu ilə açılıb. İlk hissə rusların 0:1 hesablı qələbəsi ilə üstünlüyü ilə başa çatıb. İkinci hissədə heç bir qol olmayıb və ilk hissəsnin nəticəsi oyunun nəticəsi olub-Finlandiya-Rusiya-0:1. Bununlada Rusiya ilk üç xalını qazanıb.

Günün ikinci qarşılaşmasında "Bakı Olimpia Stadionu"nda A qrupunun II turu çərçivəsində Türkiyə millisi Uels millisini qəbul edib. Görüşün 42-ci dəqiqəsində Aron Ramzeyin qolu ilə Uels hesabı açıb-Türkiyə-Uels-0:1. İlk hissə britaniyalıların 0:1 üstünlüyü ilə başa çatıb. İkinci hissə Oyunun 61-ci dəqiqəsində Türkiyənin qapsına təyin edilən penaltini Qeret Beyl yerinə yetirə bilmədi-Türkiyə-Uels-0:1. Bu "ay-ulduzlular"ı ümüdləndirsədə türklər hesabı bərabərləşdirə bilməyib. Əksinə oyunun 90+5 dəqiqqəsində Con Konor Uelsin ikinci qoluna imza atıb-Türkiyə-Uels-0:2. İkinci görüşdə də qol vurmadan məğlub olan Türkiyə öz işini praktiki olaraq çətinə salıb.

Günün son qarşılaşmasında isə İtaliyanın Roma şəhəridində "Roma Olimpia Stadionu"nda A qrupu çərçivəsində İtaliya millisi İsveçrə millisini qəbul edib. Oyunun 26-cı dəqiqəsində Manuel Lokatelli qolu ilə İtaliya hesabı açıb-İtaliya-İsveçrə-1:0. İlk hissə italyanların 1:0 üstünlüyü ilə başa çatıb. Oyunun 52-ci dəqiqəsində Manuel Lokateli dubl edərək özünü və İtaliyanın ikinci topuna imza atıb-İtaliya-İsveçrə-2:0. 89-cu dəqiqəsində Çiro İmbobile İtaliyanın üçüncü topuna imza ataraq oyunda sonuncu nöktəni qoyub. Beləliklə İtaliya millisi ikinci oyununda üç cavabsız qolla qalib gələrək adını 1/8 final mərhələsinin iştirakçıları arasına vaxtından əvvəl yazdırıb.

17 İyun

Günün ilk qarşılaşmasında Rumuniyanın paytaxtı Buxarst şəhərində Nasional Arenada C qrupunun oyunu çərçivəsində Ukrayna millisi Şimali Makedoniya millisini qəbul edib. Artıq oyunun 29-ci dəqiqəsində Andrey Yermalenkonun qolu ilə Ukrayna hesabı açdı-Ukrayna-Şimali Makedoniya-1:0. Oyunun 34-cü dəqiqəsində Roman Yerimçukun Ukrayna Ukraynanın ikinci qoluna imza atıb -Ukrayna-Şimali Makedoniya-2:0. İlk hissə Ukraynanın 2:0 hesablı qələbəsi ilə başa çatıb. İkinci hissədə Şimali Makedoniya qol arzusuna çatıb. Oyunun 57-ci dəqiqəsində Ezgian Alioskinin penalditən qolu ilə Şimali Makedoniya qollardan birinin əvəzini çıxıb-Ukrayna-Şimali Makedoniya-2:1. Ukrayna hesab arasındakı fərqi artıra da bilərdi. Lakin oyunun 84-cü dəqiqəsində Şimali Makedoniya millisinin təyin olunan penaltidən Ruslan Malikovski yararlana bilmyəyib-Ukrayna-Şimali Makedoniya-2:1. Lakin Ukrayna qələbəni qoruyub saxlayaraq "EURO 2020"də ilk qələbəsini qazanıb.

Günün iknci qarşılaşmasında Danimarkanın paytaxtı Kopenhagen şəhərində B qrupunun II turu çərçivəsində Danimarka "Parken Stadionu"nda Danimarka millisi Belçika millisini qəbul edib. Görüşdə hesab oyunun 2-ci dəqiqəsində açılıb. Yusuf Polsen meydan sahiblərinin qoluna imza ataraq qonaqları şoka salıb-Danimarka-Belçika-1:0. İlk hissə Danimarkanın 1:0 hesablı üstünlüyü ilə bitib. İkinci hissədə 55-ci dəqiqəsində Torhan Hazrdın qolu ilə Belçika hesabı bərabərləşdirdin-Damiarka-Belçika-1:1. Oyunun 70 -ci dəqiqəsində Kevin De Byurenin qolu ilə Belçika hesabda irəli keçib-Danimarka-Belçika-1:2 . Bundan sonra oyunda qol olmadı və Belçika oyunda 1:2 hesablı qələbə qazanaraq adını 1/16-finalçıların siyahsına vaxtından əvvəl yazdıra bildi.

Günün üçüncü qarşılaşmasında C qrupu çərçivəsində Niderlandin paytaxtı Amsterdam şəhərində "Yohan Kruf Arena"da Niderland millisi Avstriya millisini qəbul edib. Artıq oyunun 11-ci dəqiqəsində Mefis Depayin penaltidən qolu ilə Niderland millisi hesabı açıb-Niderlan-Avstriya-1:0. İlk hissə narıncıların minimal hesablı üstünlüyü ilə başa çatıb-Niderland-Avstriya-1:0. İkinci hissədə də dominantlıq edən meydan sahibləri olub. Bunun məntiqi nəticəsidir ki, oyunun 67-ci dəqiqəsində Denzel Damfiez Niderlandin ikinci topuna imza atıb-Niderland-Avstriya-2:0. Bundan sonra oyunda heç bir qol olmayıb və Niderland millisi 2:0 qələbə qazanaraq "EURO 2020"nin 1/8 final mərhələsinə vəsiqəni təmin edib.

18 İyun

Günün açlış matçı E qrupu çərçivəsində Rusiyanın Sankt-Peterburq şəhərində "Sankt-Peterburq" stadionunda baş tutub. Burada İsveç millisi Slovakiya millisini qəbul edib. Oyunun ilk hissəsi başladığı hesabla bitib-İsveç-Slovakiya-0:0. Oyunun 77-ci dəqiqəsində İsveç Emil Forsberqin penaltidən qolu ilə hesabı açdı-İsveç-Slovakiya-1:0. Bundan sonra matçda heç bir qol olmadı.Gərgin keçən matçda İsveç millisi 1:0 qələbə qazanaraq "EURO 2020"də ilk qələbəsini reallaşdırdılar.

Günü ikinci qarşılaşması Şotlandiyanın paytaxtı Qlazqo şəhərində keçirilib. Bura da "Hamden Park Arena"da Xorvatiya millisi Çexiya millisini qəbul edib. . Oyunun 37-ci dəqiqəsidə Patrik Şik penaltidən Xorvatiyanın qapsına yol tapıb-Xorvatiya-Çexiya-0:1. İlk hissə Çexlərin 0:1 hesablı qələbəsi ilə başa çatıb. Oyunun 47-ci dəqiqəsində İvan Perişiçim Xorvatiyanın bərabərlik qoluna imza atıb-Xorvatiya-Çexiya-1:1. Bundan sonra oyunda qol olmayıb və gərgin keçən matçda tərəflər hərəyə bir dəfə fərqlənərəq bir xala qane olublar-Xorvatiya-Çexiya-1:1

Günün sonuncu qarşılaşması D qrupunun oyunu çərçivəsində İngiltərədə "Uemli Stadionu"nda baş tutub. Burada İngiltərə millisi Şotlandiya millisini qəbul edib. Britaniyalıların görüşünü ilk hissəsində hesab açılmayıb-İngiltərə-Şotlandiya-0:0. Görüşün ikinci hissəsində ingilislər şotlandların müqavimətini qıra bilmədi və görüş başladığı hesabla bitdi-İngiltərə-Şotlandiya-0:0.Bununla da Şotlandiya "EURO 2020"də ilk xalını çətin İngiltərə səfərində qazandı.

Günün sonuncu qarşılaşması D qrupunun oyunu çərçivəsində İngiltərədə "Uemli Stadionu"nda baş tutub. Burada İngiltərə millisi Şotlandiya millisini qəbul edib. Britaniyalıların görüşünü ilk hissəsində hesab açılmayıb-İngiltərə-Şotlandiya-0:0. Görüşün ikinci hissəsində ingilislər şotlandların müqavimətini qıra bilmədi və görüş başladığı hesabla bitdi-İngiltərə-Şotlandiya-0:0.Bununla da Şotlandiya "EURO 2020"də ilk xalını çətin İngiltərə səfərində qazandı.

19 İyun

Günün ilk qarşılaşması F qurpu çərçivəsində keçirilib. Macarıstanın paytaxtı Budapeşt şəhərində "Puşkaş Arenada" Macarıstan millisi Fransa millisini qəbul edib. Oyunun 45+2-ci dəqiqəsində Atilla Fiolanın qolu ilə Macarıstan hesabı açıb-Macarıstan-Fransa-1:0. İlk hissə Macarların 1:0 üstünlüyü ilə bitib. İkinci hissə də 66-cı dəqiqədə Anton Krizmanın qolu ilə Fransa hesabı bərabərləşdirib-Macarıstan-Fransa-1:1. Ancaq Fransızların bundan artığıan gücü çatmayıb. Beləliklə gərgin keçən qarşılaşmada tərəflər hərəyə bir dəfə fərqlənməklə bir xala qane olublar-Macarıstan Fransa-1:1. Bu macarıstan millisinin "EURO 2020"də qazandığı ilk xal olub.

Günün ikinci qarşılaşmasında F qrupu çərçivəsində "Münhen Futbol Arenasında" Portuqaliya və Almaniya milliləri üz-üzə gəlib. Artıq oyunun 15-ci dəqiqəsində Kristian Ronaldonun qolu ilə hesabı açıb-Portuqaliya-Almaniya-1:0. Oyunun 35-ci dəqiqəsində Ruben Dasin avtoqolu ilə Almaniyanın bərabərlik topuna imza atıb-Portuqaliya-Almaniya-1:1. Oyunun 39-cu dəqiqəsində Rəfael Gireronun avtoqolu ilə Almaniya qolu ilə hesabda önə keçdi-Portuqaliya-Almaniya-1:2. İlk hissə Almanların üstünlüyü ilə bitib. Oyunun 51-ci dəqiqəsində Almaniyanın üçüncü topuna imza atıb-Portuqlaiya-Almaniya-1:3. Oyunun 60 dəqiqəsində Robin Qonsesin Almaniyanın dördüncü topuna imza atıb-Portuqlaiya-Almaniya-1:4. Oyunun 67-ci dəqiqəsində Portuqaliyanın ikici topuna imza ataraq hesabı arasındakı fərqi azaltıb-Portuqaliya-Almaniya-2:4. Bundan sonra tərəflərdən heç biri fərqlənə bilməyib. Almaniya Portuqaliya üzərində 2:4 hesablı qələbə qazanaraq "EURO 2020"nin ilk qələbəsini rəsmiləşdirdi.

Günün sonuncu qarşılaşması E qrupu çərçivəsində keçirilib. İspaniyanın Sevilya şəhərində "Estadio La Cartuja" stadionunda İspaniya millisi Polşa millisini qəbul edib. Artıq oyunun 26-cı dəqiqəsində Alvera Moratanın qolu ilə hesabı açdı-İspaniya-Polşa-1:0. İlk hissə İspaniyanın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunun 54-cü dəqiqəsində Levandovskinin qolu ilə Polşa hesabı bərabərləşdirib-İspaniya-Polşa-1:1. Oyunun 58-ci dəqiqəsində İspaniya yenidən hesabda irəli çıxa bilərdi. Ancaq Polşanın qapsına təyin edilən penaltini Morato vura bilməyib. Gərgin keçən matçda tərəflər hərəyə bir dəfə fərqlənməklə hərəyə bir xala qane olublar-İspaniya-Polşa-1:1. İspaniyanın ikinci Polşanın ilk xalını qazandığı oyunla II tura yekun vurulub.

III

20 İyun

A qrupu çərçivəsində Bakıda paralel görüşlərin birində İsveçrə millisi Türkiyə millisi ilə üz-üzə gəlib. Görüş qardaş ölkənin millisi üçün uğurlu başlamayıb. Artıq oyunu 6-cı dəqiqəsində İsveçrə Haris Seferoviçin qolu ilə hesabı açıb-İsveçrə-Türkiyə-1:0. Oyunun 26-cı dəqiqəsində Çerdan Şakiri ikinci dəfə Türkiyə millisini meydanın mərkəzinə dəvət edib. -İsveçrə-Türkiyə-2:0. İlk hissə İsveçrənin 2:0 üstünlüyü ilə başa çatıb. Oyunun 62-ci dəqiqəsində İrfan Can Kahfecinin qolu ilə Türkiyə qollardan birinin əvəzini çıxaraq Türkiyəni ümüdləndirib -İsveçrə-Türkiyə-2:1. Oyunun 68-ci dəqiqəsində Şaqiri dubl edərək özünün ikinci İsveçrənin üçüncü qoluna imza ataraq Türkiyə millisinin bütün ümüdlərinin üzərindən xətt çəkib.-İsveçrə-Türkiyə-3:1. Bundan sonra görüşdə heç bir qol olmayıb. Türkiyə millisi "EURO 2020" ilə vidalaşıb. İsveçrə millisi isə üçüncü yeri tutaraq digər görüşlərin nəticələrini gözləməli olacaq.

Paralel keçən görüşlərdən biri isə İtaliyanın paytaxtı Roma şəhərində baş tutub. "Roma Olimpia Stadionu"nda İtaliya millisi Uels millisini qəbul edib. İtalyanların ekspermental heyəti oyunda özünü yaxşı tərəfdən göstərməyi bacarıb. Artıq oyunun 39-cu dəqiqəsində İtaliya Mateo Pessinanın qolu ilə hesabı açıb-İtaliya-Uels-1:0. İlk hissə İtaliya millisinin 1:0 üstünlüyü ilə bitib. İkinci hissədə isə ən yadda qalan hadisə oyunun 55-ci dəqiqəsində Ethan Ampadu qırmızı vərəqə alaraq meydandan qovulması oldu. Bundan sonram matçda heç bir hadisə yaşanmadı və İtaliya millisi oyundan 1:0 hesablı qələbə ilə ayrıldı. Onsuzda İtaliya millisi 1/8 finala vəsiqəni əvvəldən təmin etmişdi. Uels isə məğlub olmasına baxamayaraq bu vəsiqəni təmin etdi.

21 İyun

Paralel olaraq C və B qrupunun oyunları keçirilib.

Əvvəlcə C qrupunun görüşləri keçirilib.

C qrupunun paralel görüşlər birində Ukrayna "Buxarest Nasional Areana"da Avstriya millisi ilə qarşılaşıb. Görüş Ukrayanın arzuladığı məcrada başlamayıb. Artıq oyunun 21-ci dəqiqəsində Avstriya Kritofer Baumqartnerin qolu ilə hesabı açıb-Ukrayna-Avstriya-0:1. Avstriya millisi fasiləyə 0:1 üstünlüklə yollana bilib. İkinci hissədə heç bir qol olmayıb və ilk hissənin nəticəsi oyunun nəticəsi olub-Ukrayna-Avstriya-0:1. Bu oyunda qələbə qazanan Avstriya millisi adını 1/8 final mərhələsinə yazdırmağı bacarıb.

C qrupunun paralel görüşlərinn digərində isə Niderlandın paytaxtı Amsterdamda "Yohan Kraf Arena"da Şimali Makedoniya millisi Niderland millisi ilə görüş keçirib. Artıq oyunun 24-cü dəqiqəsində Menfiz Depayin qolu Niderland millisi hesabı açıb-Şimali Makedoniya-Niderland-0:1. İlk hissə "narıncıların" 0:1 hesablı üstünlyü ilə bitib. İkinci hissədə əvvəlcə oyunun 51-ci dəqiqəsində Jorjinyo Veynaldumun qolu ilə Niderland hesabı 0:2 edib. 58-ci dəqiqədə isə Jorjinyo Veynaldum dubl edərək özünün ikinci komandasının üçüncü topuna imza atıb-Şimali-Makedoniya-Niderland-0:3. Bundan sonra oyunda qol olmayıb. Əvvəlcədən 1/8 finala vəsiqə qazanan Niderland millisi son oyunda qələbə qazanıb. Şimali Makedoniya millisi isə turniri xalsız başa vurub.

Daha sonra isə B qrupunun görüşləri keçirilib.

B qrupunun paralel görüşlərinin birində Kopenhagenin "Parken Stadionu"nda Rusiya və Danimarka münasibətlərinə aydınlıq gətirib. Artıq oyunun 38-ci dəqiqəsində Danimarka Migel Damskardın qolu ilə hesabı açıb-Rusiya-Danimarka-0:1. İlk hissə Danimarkanın 0:1 hesablı üstünlüyü ilə bitib. Oyunun 59-cu dəqiqəsində Yusif Polsen Danimarkanın ikinci topuna imza atıb-Rusiya-Danimarka-0:2. Oyunun 70 dəqiqəsində Rusiya Artyom Zubanin penaltidən qolu ilə hesab arasındakı fərqi azaldıb-Rusiya-Danimarka-1:2. Bu qol rusları ümüdləndirsə də Oyunun 79-cu dəqiqəsində Andress Kristersin Danimarkanın üçüncü topuna imza ataraq rusları ümüdlərini söndürüb.-Rusiya-Danimarka-1:3. Oyunun 82-ci dəqiqəsində Uaxim Mayl Danimarkanın dördüncü topuna imza ataraq oyunda son nöktəni qoyub.-Rusiya-Danimarka-1:4. Beləliklə gərgin keçən matçda 1:4 hesablı qələbə qazanan Danimarka adını 1/8 finala yazdırıb.

Parelel keçən görüşlərin digərində isə Finlandiya millisi "Sankt-Peterburq Arena"da Belçika millisini qəbul edib. Görüşün ilk hissəsi qapılara top vurulmayıb. Oyunun 79 dəqiqəsində Belçika Finalndiya qapçısı Hradskinin avtoqolu ilə hesabı açıb-Finlandiya-Belçika-0:1. Oyunun 81-ci dəqiqəsində Romeru Lukaku Belçikanın ikinci topuna imza atıb -Finlandiya-Belçika-0:2. Bununlada Belçika oyunda 0:2 hesablı qələbə qazanaraq adını Finlandiyanın 2-ci yer arzunun üstündən xətt çəkib.


22 İyun

Paralel olaraq D qrupunun oyunları keçirilib.

Paralel görüşlərdən biri Çexiya millisi "Uemli stadionu"nda İngiltərə millisini ilə qarşılaşıb. Artıq oyunun 12-ci dəqiqəsində Rahim Sterlin hesabı açəb-Çexiya-İngiltərə-0:1. İlk hissə İngiltərə millisinin 0:1 hesablı üstünlüyü ilə bitib. İkinci hissədə qol olmayıb və ilk hissənin nəticə oyunun nəticəsi olub-Çexiya-İngiltərə-0:1. "EURO 2020" nin D qrupunun üçüncü turu çərçivəsində keçirilən matçda 0:1 hesabı ilə qalib gələn İngiltərə millisi qrup oyunlarını lider kimi başa vurdu. Çexiya isə Xorvatiyanın digər britaniya təmsilçisi Şotlandiya iki top fərqi ilə qalib gəlməsi səbəbi ilə üçüncü pilləyə enib.

Paralel görüşlərin digərində Şotlandiyanın Qlasqov şəhərində "Hamden Park"da Xorvatiya millisi Şotlandiya millisi ilə qarşılaşıb. Artıq oyunun 17-ci dəqiqəsində Nikala Vlasiçin qolu ilə Xorvatiya hesabı açıb-Xorvatiy-Şotlandiya-1:0. Oyunun 42-ci dəqiqəsində Calium Makqreqorun qolu ilə Şotlandiya bərabərlik topuna imza atıb-Xorvatiy-Şotlandiya-1:1.İlk hissə tərəflərin hərəyə bir dəfə fərqlənməsi ilə başa çatıb-Xorvatiy-Şotlandiya-1:1. Oyunun 62 dəqiqəsində Luka Modriçin qolu ilə Xorvatiyanı yenidən hesabda önə keçib-Xorvatiya-Şotlandiya-2:1. Oyunun 77-ci dəqiqəsində İvan Perişiç Xorvatiyanın üçüncü topuna imza ataraq oyunda son nöktəni qoyub-Xorvatiya-Şotlandiya-3:1. Beləliklə matçda 3:1 hesabı ilə qalib gələn Xorvatiya 1/8 finala vəsiqəni təmin edib.



23 İyun

Parelel E və F qruplarının görüşləri keçirilib.

İlk öncə meydana E qrupunun komandaları çıxıb.

E qrupunun paralel görüşlərinin birində Sankt-Peterburq şəhərində "Sankt-Peterburq Stadionu"nda İsveç millisi Polşa millisi ilə qarşılaşıb. Görüş Polşa üçün yaxşı başlamayıb. Artıq oyunun 2-ci dəqiqəsində İsveç millisi Emil Forsberqin qolu ilə hesabı açıb-İsveç-Polşa-1:0. İlk hissə İsveçin 1:0 üstünlüyü ilə başa çatıb. Oyunun dəqiqəsində 59 Emil Forberq dubl edərək özünün və İsveçin ikinci topuna imza atıb-İsveç-Polşa-2:0. Oyunun 61-ci dəqiqəsində Levandovskinin qolu ilə Polşa qollardan birinin əvəzini çıxıb-İsveç-Polşa-2:1. Oyunun 84 dəqiqəsində Robert Levandovski dubl edərək özünün və Polşanın ikinci qoluna imza ataraq bərabərlik topun müəllifi olub-İsveç-Polşa-2:2. Polşada qələb üçün ümüdlərin oyandığı bir vaxta oyunun 90+4-cü dəqiqəsində Viktor Classon İsveçin üçüncü topuna imza ataraq bütün məsələlərə aydınlıq gətirib-İsveç-Polşa-3:2. Beliklə İsveç millisi oyunda 3:2 qalib gələrək adını qrup lideri kimi 1/8 finala yazdırıb.

E qrupunun digər paralel görüşün də isə İspaniyanın Sevilya şəhərində "Estadio La Cartuja" stadionunda Slovakiya və İspaniya milliləri üz-üzə gəlib. Oyunun 30 dəqiqəsində İspaniya Slovakiyalı qapıçı Martin Dubrovkanın avtoqolu ilə hesabı açıb-Slovakiya-İspaniya-0:1. Oyunun 45+3 dəqiqəqsində Aymeriç Laporta İspaniyanın ikinci topuna imza atıb-Slovakiya-İspaniya-0:2. İlk hissə İspaniyanın 0:2 üstünlüyü ilə başa çatıb. Oyunun 56 dəqiqəsində Pablo Sarabia İspaniyanın üçüncü qoluna imza atəb-Slovkiya-İspaniya-0:3. Oyunun 67- dəqiqəsində Fernana Torres İspaniyanın dördüncü qoluna imza atıb-Slovkiya-İspaniya-0:4. Oyunun 71 dəqiqəsində Juraj Kuçka avtoqol oyunda son nöktə olub-Slovkiya-İspaniya-0:5. Beləliklə 0:5 hesabı ilə qalib gələn İspaniya adını 1/8 finalın iştirakçıları sırasına yazdırmağa nail olub.

Daha sonra isə paralel olaraq ölüm qrupu olan F qrupunda münasibətlərə aydınlıq gətirilib.

F qrupunun paralel görüşlərinin birində Almaniya "Mühnen Futbol Arenası"nda Macarıstan millisini qəbul edib. Oyun almanlar üçün kabus kimi başlayıb. Oyunun 11-ci dəqiqəsində Macarıstan Adam Salazinin qolu ilə hesabı açıb-Almaniya-Macarıstan-0:1. İlk hissə Macarıstanın 0:1 hesablı üstünlüyü ilə bitib. Oyunun 66 dəqiqəsində Almaniya Kai Harvetsin qolu ilə hesabı bərabərləşdirdi-Almaniya-Macarıstan-1:1. Ancaq 68-ci dəqiqədə macarlar növbəti dəfə Almaniya millisini soyuq duşa qəbul edəb. Aleksandr Şafer Macarıstanın ikinci topuna imza ataraq Macarıstanı yenidən hesabda önə çıxarıb-Almaniya-Macarıstan-1:2. Lakin buna baxmayraq Alman maşını sona qədər mübarizə aparıb və oyunda sensasiyanın olmasına imkan verməyin. Oyunun 84 dəqiqəsində Leon Qorteska Almaniyanın ikinci qoluna imza ataraq yenidən hesabı bərabərləşdirib-Almaniya-Macarıstan-2:2. Bundan sonra oyunda heç bir qol olmayıb. Tərəflərin hərəsinin iki dəfə fərqləndiyi görüşdən sonra Macarıstan turinirlə vidalaşıb. Almaniya isə yoluna davam edib.

F qrupunun paralel keçən görüşlərin digərin də isə Macarıstanda "Puşkaş Arena"da Portuqaliya millisi Fransa millisi ilə qarşılaşıb. Artıq oyunun 31-ci dəqiqəsində Portuqaliya Ronaldaonun penaltidən qolu ilə hesabı açıb-Portuqaliya-Fransa-1:0. Oyunun 45+3 dəqiqəsində Fransa penalti vurmaq hüququ qazanıb. Topun arxasına keçən Kərim Benzema hədəfdən yayınmayıb-Portuqaliya-Fransa-1:1. İlk hissə tərəflərin hərəyə bir dəfə fərqlənməsi ilə yekunlaşıb. İkinci hissə başlayan kimi oyunun 48 dəqiqəsində Kərim Benzaman dubl edərək özünün və Fransanın ikinci topuna imza ataraq Fransanı hesabda irəli çıxartıb-Portuqaliya-Fransa-1:2. Bu nəticə son Avropa çempionu Portuqaliyanı turnirdən uzaqlaşdırsada Portuqaliyalılar bərabərlik topunu vurmağa nail olub.Oyunun 60 dəqiqəsində Kristan Ronaldo penaltdiən dubl edərək özünün və Portuqaliyanın ikinci topuna imza ataraq hesabı bərabərləşdirib-Portuqaliya-Fransa-2:2. Bundan sonra heç bir komanda fərlqənə bilməyib və bu görüşdə paralel keçən görüş kimi 2:2 bitib. Ancaq burada hər iki komanda 1/8 finala vəsiqə qazanıb. Fransa bu vəsiqəni lider kimi, Portuqaliya isə ən yaxşı nəticə göstərən üçüncü yerin sahibi kimi əldə edib.

1/8 final

26 İyun

İlk öncə "EURO 2020"nin 1/8 final mərhələsi çərçivəsində bir qarşılaşma baş tutub. Niderlandin paytaxtı Amsterdam şəhərində "Yohan Kraf Arena"da Uels millisi Danimarka millisi ilə qarşılaşıb. Artıq oyunun 27-ci dəqiqəsində Kasper Dolberqin qolu ilə hesab açılıb-Uels-Danimarka-0:1. İlk hissə Danimarkanın 0:1 qələbəsi ilə başa çatıb. Oyunun 48-ci dəqiqəsində Kasper Dolber dubl edərək özünün və komandasının ikinci topuna imza atıb-Uels-Danimarka-0:2. Oyunun 88-ci dəqiqəsində Maykl Uaxim Danimarkanın üçüncü topuna imza ataraq bütün suallara aydınlıq gətirib-Uels -Danimarka-0:3. Ancaq Uels üçün kabus yenə davam edib. Oyunun 90-cı dəqiqəsində Uels azlıqda qalıb.Hari Vilson qirmizi vərəqə alaraq meydandan qovulub-Uels -Danimarka-0:3. Oyunun 90+6-cı dəqiqəsind Martin Bratvayt Danimarkanın dördüncü topuna imza ataraq oyunda son nöktəni qoyub-Uels-Danimarka-0:4. Beləliklə 0:4 hesabı ilə qalib gələn Danimarka adını 1/4 finalın iştirakçıları sırasına ilk yazdıranlardan olub. Onlar bu mərhələdə mübarizəni doğma Bakımızda "Olimpia Stasionunda aparacaqlar. Onların rəqibi Niderlan-Çexiya mililərinin qalibi olacaq.

Bu görüşdən sonra isə İtaliya və Avstriya milliləri "Uemli Stadionu"nda üz-üzə gəliblər. Oyunun ilk hissəsi qolsuz keçib-İtaliya-Avstriya-0:0. 90 dəqiqənin tamında qapılara qol vurulmayıb-İtaliya-Avstriya-0:0. Məhs buna görə tərəflər daha 30 dəqiqə oynamaq məcburiyyətində olublar. Oyunun 96-cı dəqiqəsində İtaliya Federiko Kiezanın qolu ilə hesabı açıb-İtaliya-Avstriya-1:0. Oyunun 105+1 dəqiqəsində Mateo Pessina İtaliyanın ikinci topuna imza atdı-İtaliya-Avstriya-2:0. İlk hissə "Extra time" İtaliyanın 2:0 üstünlüyü ilə bitib. Oyunun 114 dəqiqəsində Avstriya Saşa Kalajdiç qolu ilə qollardan birinin əvəzini çıxdı-İtaliya-Avstriya-2:1. Ancaq alman kökənlilərin bundan artığına gücü çatmayıb və İtaliya oyunda 2:1 hesablı qələbə ilə ayrılaraq adını 1/4 finalın iştirakçıları sırasına yazdırıb.Qeyd edək ki, onların bu mərhələdə rəqibi Belçika-Portuqaliya oyunun qalibi olacaq. İtaliya 1/4 final oyununa Almaniya da "Münhen Futobol Arenası"nda çıxacaq.

27 İyun

1/8 final çərçivəsində iki qarşılaşma baş tutub.

Günün ilk qarşılaşmasında Macarıstanın paytaxtı Budapeşt şəhərində "Puşkaş Arena"da Niderland millisi Çexiya millisi ilə üz-üzə gəlib. Görüşün ilk hissəsi tərəflərdən heç biri fərqlənə bilməyib. Oyunun 50-ci dəqiqəsində sonra niderland millisinin üzərini qara buludlar alıb. Oyunun 55-ci dəqiqəsindən Niderland millisi azlıqda qaləb. Mattis De Layt qırmızı vərəqə alaraq meydandan qovulub-Niderland-Çexiya-0:0. Say üstünlüyündən Çexiya millisi tez faydalana bilib. Oyunun 68 dəqiqəsində Çexiya Tomaş Holenskin qolu ilə hesabı açdı-Niderland-Çexiya-0:1. Oyunun 80 dəqiqəsində Patrik Şik Çexiyanın ikinci topuna imza atıb-Niderland-Çexiya-0:2. Bundan sonra oyunda qol olmayıb və və 0:2 hesabı ilə qələbə qazananaraq sensasia imza atan Çexiya millisi 1/4 finalda Danimarka millisi ilə qarşılaşmaq üçün paytaxtımızın qonağı olacaq.

Günün ikinci qarşılaşmasında Sevilya şəhərində "Estadio La Cartuja" stadionunda Belçika və Portuqaliya milliləri üz-üzə gəlib. Artıq oyunun 42-ci dəqiqəsində Torqan Hazırdın qolu ilə Belçika millisi hesabı açıb-Belçika-Portuqaliya-1:0. İlk hissə Belçikanın 1:0 üstünlüyü ilə bitib. İkinci hissədə heç bir qol olmayıb və ilk hisənin nəticəsi oyunun nəticəsi olub-Belçika-Portuqaliya-1:0. Beləliklə Belçika adını 1/4 finala yazdıraraq İtaliyaya rəqib olub. Son Avropa çempionu Portuqaliya isə turnirlə vidalaşıb.

28 İyun

1/8 final çərçivəsində iki qarşılaşma baş tutub.

Günün ilk qarşılaşmasında Danimarkanın Paytaxtı Kopenhagen şəhərində "Parken Stadionu"nda Xorvatiya millisi İspaniya millisi ilə üz-üzə gəlib. Artıq oyunun 21-ci dəqiqəsində Pedrinin avtoqolu ilə Xorvatiya hesabı açıb- Xorvatiya-İspaniya-1:0. Oyunun 38-ci dəqiqəsində Pablo Sarabianın qolu ilə İspaniya hesabı bərabərləşdirib-Xorvatiya İspaniya-1:1. İlk hissə tərəflərin hərəyə bir dəfə fərqlənəməsi ilə başa çatıb- Xorvatiya-İspaniya-1:1. Oyunun 57-ci dəqiqəsində Sezar Azpikuleta İspaniyanın ikinci topuna imza ataraq İspaniyanı hesabda önə çıxartıb-Xorvatiya-İspaniya-1:2. Oyunun 77-ci dəqiqəsində Fernana Torres İspaniyanın üçüncü topuna imza atıb-Xorvatiya-İspaniya-1:3. Ancaq bundan sonra oyunda Xorvatiya fırtınası əsib. Əvvəlcə oyunun 85 dəqiqəsində Mirislav Oriç Xorvatiyanın ikinci topuna imza ataraq hesab arasında fərqi azaldıb -Xorvatiya-İspaniya-2:3. Oyunun 90+2-ci dəqiqəsində İvan Paşaliç Xorvatiyanın üçüncü topuna imza ataraq hesabı bərabərləşdirib -Xorvatiya-İspaniya-3:3. Bu oyunun əsas vaxtında vurulan sonuncu qol olub və tərəflər qalibi müəyyənləşdirmək üçün daha 30 dəqiqə tər tökməli olub. Oyunun 100 dəqiqəsində Alvora Morata İspaniyanın dördüncü topuna imza ataraq İspaniyanı yenidən hesabda önə çıxartdı-Xorvatiya-İspaniya-3:4. Oyunun 103 dəqiqəsində Mikel Oyarzabal İspaniyanın beşinci topuna imza atdı-Xorvatiya-İspaniya-3:5. Əlavə vaxtın ilk hissəsi İspaniyanın 3:5 üstünlüyü ilə bitib. İkinci 15 dəqiqədə qol olmayıb və beləcə İspaniya drmatik, 120 dəqiqə sürən oyundan 3:5 hesablı qələbə qazanaraq adlarını Sankt-Peterburq şəhərinfə keçirləcək 1/4 final görüşünə vəsiqə qazandı.

Günün ikinci qarşılaşmasında Rumuniyanın paytaxtı Buxarest şəhərində "Nasional Arena"da Fransa və İsveçrə milliləri üz-üzə gəlib. Artıq oyunun 15-ci dəqiqəsində Haris Seferoviçin qolu ilə İsveçrə hesabı açdı-Fransa-İsverçrə-0:1. İlk hissə İsveçrənin 0:1 hesablı üstünlüyü ilə başa çatıb. İsveçrəlilər 54-cü dəqiqədə də fərqlənə bilərdilər. Ancaq Fransanın qapsına təyin olunan penaltini Rikardo Rodriges qola çevirə bilmədi-Fransa-İsveçrə-0:1. Vurmayan vurarlar prinsipi özünü aşkar göstərib. Oyunun 57-ci dəqiqəsində Fransa Kərim Benzamnın qolu ilə hesabı bərabərləşdirdi-Fransa-İsveçrə-1:1. Oyunun 59-cu dəqiqəsində Kərim Benzama dubl edərək özünün və komandasının ikinci qoluna imza ataraq və Fransanı hesabda önə çıxartdı-Fransa-İsveçrə-2:1. Oyunun 75 dəqiqəsində Paul Poqba Fransanın üçüncü topuna imza atıb-Fransa-İsveçrə-3:1. Artıq bundan sonra hər kəs Fransanı 1/4 finalda görürdü. Ancaq İsveçrə matçda geri dönüş edə bilib. Oyunun 81 dəqiqəsində Haris Seferoviç dubl edərək İsveçrənin ikinci topuna imza ataraq hesabı arasında fərqi azaltdı-Fransa-İsveçrə-3:2.Oyunun 90-cı dəqiqəsində İsveçrənin üçüncü topuna imza ataraq hesabı bərabərləşdirdi-Fransa-İsveçrə-3:3. 90 dəqiqə qalibin müəyyənləşmədiyi oyunda tərəflər qalib adınıa aydınlıq götürmək üçün daha 30 dəqiqədə mübarizə aparmal olublar. İlk 15 dəqiqə qolsuz keçib-Fransa-İsveçrə-3:3. İkinci 15-dəqiqə də tərəflərdən heç biri fərqlənə bilməyib.Fransa-İsveçrə-3:3. Beləcə tərəflər qalibin adını müəyyənləşdirmək üçün penaltilər seriyasına müraciət edib. Burada isə 4:5 hesablı qələbə qazanan İsveçrə sensasia imza ataraq adını 1/4 final mərhələsinin iştirakçıları arasına yazdırıb. Sankt-Peterburq şəhərinfə keçirləcək 1/4 oyununda onların rəqibi İspaniya millisi olacaq.

29 iyul

1/8 final mərhələsində iki qarşılaşma baş tutub.

İlk öncə məhşur "Uemli Stadionu"nda İngiltərə Almaniyanı qəbul edib. Oyunun ilk hissəsi başladığı hesabla bitib-İngiltərə-Almaniya-0:0. Oyunun 78-ci dəqiqəsində İngiltərə Rahim Sterlinqin qolu ilə hesabı açıb-İngiltərə-Almaniya-1:0. Oyunun 86-ci dəqiqəsində Harri Keyn İngiltərənin ikinci topuna imza atıb-İngiltərə-Almaniya-2:0. Bundan sonra oyunda qol vurulmayıb və İngiltərə 2:0 hesablı qələbə qazanaraq adını 1/4 finala yazdırıb.

Daha sonra isə günün və 1/8 finalın sonuncu görüşündə Şotlandiyanın paytaxtı Qlasqov şəhərində "Hamden Park"da İsveç və Ukrayna üz-üzə gəlib. Artıq oyunun 27-ci dəqiqəsində Ukrayna Oleksandr Zincenkonun qolu ilə hesabı açıb-İsveç-Ukrayna-0:1. Fasiləyə qədər isveçrəlilər arzularına çatıb. Oyunun 43-cü dəqiqəsində İsveç Emil Forsberqin qolu ilə hesabı bərabərləşdirdi-İsveç-Ukrayna-1:1. İlk hissə tərəflərin hərəyə bir dəfə fərqlənməsi ilə yükunlaşıb-İsveç-Ukrayna-1:1. İkinci hissədə qol olmayıb və ilk hissənin nəticəsi oyunun nəticəsi olub-İsveç-Ukrayna-1:1. Məhs buna görə tərəflər daha 30 dəqiqə oyamalı olub. Ancaq ilk "extra time" İsveç üçün uğurlu olmayıb. Oyununun 100-cü dəqiqəsinda Markus Daniolson qırmızı vərəqə alaraq meydan qovuldu-İsveç-Ukrayna-1:1. Ancaq buna baxmayraq ilk "extra time"də hesab dəyişməyib-İsveç-Ukrayna-1:1. Hər kəs oyunun penaltilər seriyasına gedəcəyini düşündüyü bir zaman da səhənəyə Artyom Dovbuk çıxıb. Oyunun 120+1 dəqiqəsində Artom Dovbuk Ukraynanın ikinci topuna imza ataraq yenidən komandasını hesabda önə çıxarıb.-İsveç-Ukrayna-1:2. Bu oyunda vurulan son qol olub və Ukrayna adını 1/4 finala yazdıraraq İngiltərəyə rəqib olub.


2 İyul

Günün ilk qarşılaşmasında Rusiyanın Sankt-Peterburq şəhərində "Sankt-Peterburq Arena"da turnirin sensasiyasına imza atmış İsveçrə İspaniya ilə qarşılaşıb. Artıq oyunun 8-ci dəqiqəsində İspaniya Denis Zakariyanın avtoqolu ilə hesabı açdı-İsveçrə-İspaniya-0:1. İlk hissə İspaniyanın 0:1 üstünlüyü ilə bitib. Oyunun 68 dəqiqəsində Cerdan Şagirinin qolu ilə İsveçrə hesabı bərabərləşdirdi-İsveçrə-İspaniya-1:1. Oyunun 78-ci dəqiqəsində İsveçrə azlıqda qaldı. Remo Frurer qırmızı vərəqə alaraq meydan qovulub. Ancaq buna baxmayraq İsveçrəlilərin müqavimətini oyun ərzində qırmaq mümkünsüz olub. 90 dəqiqənin tamamında hesab dəyişməyib-İsveçrə-İspaniya-1:1. İlk "extra time"də hesab açılmadı-İsveçrə-İspaniya-1:1. İkinci "extira time"də hesab açılmadı- İsveçrə-İspaniya-1:1. Qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına müraciət olundu. Burda isə İsveçrə növbəti möcüzəvi sensasiyanı yarada bilmədi. İspaniya bu seryadan 1:3 qalib ayrılaraq adını yarımfinal mərhələsinə yazdırdı.

Günün ikinci qarşılaşmasında Almaniyada "Münhen Futbol Arenasın"da Belçika və İtaliya üz-üzə gəlib. Artıq oyunun 31-ci dəqiqəsində İtaliya Nikola Berellanın qolu ilə hesabı açıb- Belçika-İtaliya-0:1. Oyunun 44-cü dəqiqəsində Lorense İnsagne İtaliyanın ikinci topuna imza atıb.-İtaliya-Belçika-2:0. Oyunun 45+2-ci dəqiqəsində Romero Lukakonun qolu ilə Belçika hesabı bərabərləşdirib-İtaliya-Belçika-1:2. İlk hissə İtaliyanın 1:2 hesablı qələbəsi ilə başa çatıb. İkinci hissədə tərəflərdən heç biri fərqlənə bilmədiyi üçün ilk hissənin nəticəsi oyunun nəticəsi olub. Beləliklə oyunundan 1:2 hesablı qələbə ilə ayrılan İtaliya millisi adını yarımfinal mərhələsinə yazdırmağı bacarıb.