Pirallahı və Mingəçevirdə ev yanıb

20-01-2016, 12:48
381

Pirallahı və Mingəçevirdə ev yanıbPirallahı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 54 kv.m olan birmərtəbəli 3 otaqlı evinin 1 otağının yanar konstruksiyaları 15 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:32-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Mingəçevir şəhərində isə vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan bir mərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 24 kv.m. sahədə evin çardağına yiğılmış 2 kub.m. taxta materiallar yanıb.

Evin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub. Yanğın saat 23:06-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

   //Trend