Pəncşirin 65 faizə qədəri "Taliban"da deyil?

9-09-2021, 17:17
146

254 kilo olan kadın yeni hobisi sayesinde 1 yılda 101 kilo verdi – FOTOĞRAF





Əfqanıstanın Pəncşir vilayətindəki Milli Müqavimət Cəbhəsi ölkə ərazisinin 65 faizə qədərini nəzarətdə saxlayır. "Taliban" hərəkatı yalnız əsas yolu tutmağı bacarıb.

Nəzər Media.az Trend-ə istinadən bildirir ki, bu barədə müqavimət qüvvələrinin nümayəndəsi Əli Maysam Nəzəri bildirib.

O qeyd edib: "Pəncşirin 60 faizindən 65 faizə qədəri bizim nəzarətimiz altındadır. Pəncşirdə 15-ə yaxın bir çox əlavə dərələr var və hamısı nəzarətimiz altındadır".

Onun sözlərinə görə, döyüşçülər əsas yoldan və vilayət mərkəzindən taktiki olaraq geri çəkilib, lakin tezliklə onları geri almaq niyyətindədir.